Siyasət

Heydər Əliyev və Atatürkün xatirəsi adlarını daşıyan zirvələrdə anılıb – FOTO

Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu, qardaş türk xalqının öndəri Mustafa Kamal Atatürkün anım günləri ilə əlaqədar Azərbaycan-Türk dağçılarından ibarət qardaşlıq qrupu “Heydər zirvəsi”nə və “Atatürk zirvəsi”nə qalxıb. Bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin rəhbərlik etdiyi qrup […]

Dünya

Səudiyyə Ərəbistanında tarixinin ən böyük qasırğası – VİDEO

Səudiyyə Ərəbistanın Sakaka şəhərində nəhəng qasırğa baş verib. “Haber Global” məlumat verir ki, bu, ölkədə indiyədək olan ən şiddətli qasırğadır. Sürəti saatda 75 kilomet olan qasırğa şəhərdə bir çox evə və nəqliyyat vasitəsinə ziyan vurub. Həmin anların görüntüləri sakinlər tərəfindən kameraya çəkilib.  

Xarici siyasət

Ceyhun Bayramov İtaliya Deputatlar Palatasının sədr müavini ilə görüşdü

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-spikeri Ettore Rosatonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan və İtaliya arasında mövcud olan sıx dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edən nazir Ceyhun Bayramov 19-21 fevral 2020-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti […]

Xarici siyasət

Sahibə Qafarova italiyalı deputatlarla görüşdü – FOTO

Dekabrın 7-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Spiker bildirib ki, bu səfər ölkələrimiz və parlamentlərimiz arasında mövcud əlaqələrin dərinləşməsinə xidmət edir: “Təqdirəlayiq haldır ki, tarixən qədim köklərə malik əməkdaşlığımız […]

Sosial

Şəhid ailələri və müharibə əlillərinə müavinətlərin verilməsi ilə bağlı TƏKLİF

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn formatda iclası keçirilib. Onlayn iclasda əvvəlcə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə edilib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub. Komitə sədri Musa Quliyev sentyabrın 27-dən başlayan 44 günlük müharibə ilə Azərbaycan ordusunun xalqımıza unudulmaz zəfər bəxş etdiyini, bu zəfərin Azərbaycanın dövlətçilik tarixinə və döyüş salnaməsinə qızıl hərflərlə həkk edildiyini qeyd edib. Musa  Quliyev deyib ki, Əmək […]

Dünya

Dağıstanda Administrasiya rəhbərinin qardaşı yoxa çıxıb – FOTO

Dağıstan Respublikası başçısının Administrasiya rəhbəri Aleksey Həsənovun qardaşı Vitali Həsənov Mahaçqala yaxınlığında itkin düşüb. Bu barədə 360 TV öz mənbələrinə istinadla xəbər verib. Bildirilir ki, dekabrın 4-də 57 yaşlı kişi bağ evindən çıxıb və bir daha onu görən olmayıb. Qohumları hələ də onunla əlaqə qura bilmir və harada ola biləcəyi barədə heç nə bilmir. Onun […]

AKTUAL

Azərbaycanda koronavirusa görə tam qapanmaya gediləcək? – ÜST rəsmisindən AÇIQLAMA

“Hazırda yoluxma hallarının daha sürətlə artdığı bəzi şəhər və kəndlərə gediş-gəlişin qismən məhdudlaşdırılması kimi yanaşmalardan istifadə olunur”. Bunu  Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır: “Ən vacib qabaqlayıcı tədbir əl və tənəffüs gigiyenası qaydalarına riayət etmək (müvafiq olaraq maska […]

Şou-Biznes

Rəqqasə Fatimə koronavirusa yoluxub başqalarını yoluxdurdu

Rəqqasə Fatimə Fətəliyeva yasda koronavirusa yoluxduğunu etiraf edib. XəbərAl.az xəbər verir ki, sənətçi bu haqda İnstaqramda canlı yayımda söyləyib. O bildirib ki, xəstəlikdən xəbərsiz olub və ətrafındakı insanları da yoluxdurub: “Yenidən xəstələnməkdən qorxuram. Mayda ağır pnevmaniya olmuşdum. Bu haqda bir dəfə danışdım, sosial şəbəkədə məni tənqid etdilər. Çox pis keçirtdim. Test verdim, amma neqativ oldu. Gedib […]

Cəmiyyət

Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı – RƏSMİ + FOTO

27.09.2020 – 07.12.2020-ci il tarixləri ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb. Bununla bağlı Baş Prokurorluq məlumat yayıb. Məlumatda bildirilib ki, bu günə kimi 110 dinc sakin həlak olub, 416 nəfə isə yaralanıb. Bundan başqa, 4186 yaşayış evi, 135 çoxmənzilli yaşayış binası, 448 mülki obyekt yararsız vəziyyətə düşüb.  

Xarici siyasət

Ara Ayvazyan: “Azərbaycan və Ermənistan səlahiyyətliləri arasında görüş keçiriləcək”

“Vəziyyət sabitləşəndən sonra İrəvan və Bakının ali vəzifəli şəxsləri arasında görüş keçiriləcək”. “RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyada səfərdə olan Ermənistanın XİN rəhbəri Ara Ayvazyan bildirib. Onun sözlərinə görə, görüş zamanı Qarabağda vəziyyətin tənzimlənməsi ilə bağlı məsələlər müzakirə ediləcək. Xatırladaq ki, bu gün Moskvada Rusiya və Ermənistan Xarici İşlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında […]