Şou-Biznes

Rəqqasə Fatimə koronavirusa yoluxub başqalarını yoluxdurdu

Sharing is caring!

Rəqqasə Fatimə Fətəliyeva yasda koronavirusa yoluxduğunu etiraf edib.

XəbərAl.az xəbər verir ki, sənətçi bu haqda İnstaqramda canlı yayımda söyləyib. O bildirib ki, xəstəlikdən xəbərsiz olub və ətrafındakı insanları da yoluxdurub:

“Yenidən xəstələnməkdən qorxuram. Mayda ağır pnevmaniya olmuşdum. Bu haqda bir dəfə danışdım, sosial şəbəkədə məni tənqid etdilər. Çox pis keçirtdim. Test verdim, amma neqativ oldu. Gedib ciyərlərimi yoxlatdırdım, artıq buzlaşma başlamışdı. Ciyərimin çox hissəsi buz idi. Müalicəyə tez başladım və sağaldım. Həmin ərəfəyə qədər isə mən nə qədər insan yoluxdurmuşdum.

İndi ən çox anama görə qorxuram. 71 yaşı var, şəkərə meyillidir. Bir də ürəyinizə salmayın. O qədər ürəyimə saldım ki, bir də gördüm xəstəyəm.

Ətrafınızda gördüyünüz insanlarla öpüşməyin. Bizdə bir adət var, hamı bir-birini görəndə öpməlidir. Bir də indi o qədər yeyirəm ki… Paltarlarım mənə girmir. Arıqlamaq, ay piyim çıxdı, cəhənnəmə olsun. Əsas canımız sağlam olsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir