AKTUAL

Azərbaycanda koronavirusa görə tam qapanmaya gediləcək? – ÜST rəsmisindən AÇIQLAMA

Sharing is caring!

“Hazırda yoluxma hallarının daha sürətlə artdığı bəzi şəhər və kəndlərə gediş-gəlişin qismən məhdudlaşdırılması kimi yanaşmalardan istifadə olunur”.

Bunu  Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır:

“Ən vacib qabaqlayıcı tədbir əl və tənəffüs gigiyenası qaydalarına riayət etmək (müvafiq olaraq maska taxmaq da daxil olmaqla), digər insanlarla məsafə saxlamaq və müntəzəm olaraq qapalı yerləri havalandırmaqdır.

Ümid edirik ki, Azərbaycanda koronavirusla bağlı hər kəs tövsiyələrə riayət edəcək və tam qapanmaya getməyə ehtiyac yaranmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir