İqtisadiyyat

Azərbaycanda ÜDM 3,8 faiz azalıb

2020-ci ilin yanvar-oktyabr aylarında ölkədə 58 milyard 469,5 milyon manat həcmində ümumi daxili məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azdır. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz, neft-qaz sektorunda isə 6,3 faiz azalıb. ÜDM istehsalının 34,2 faizi sənaye, 11,5 faizi ticarət, nəqliyyat vasitələrinin […]

Dünya

Qırmızı Xaç Komitəsi Qarabağda humanitar məsələlərlə bağlı Rusiya ilə əməkdaşlığın inkişafında maraqlıdır

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağla əlaqəli humanitar məsələlərdə Rusiya ilə əməkdaşlığın inkişafında maraqlıdır. Bu barədə BQXK-nın rəsmi nümayəndəsi Rut Heterinqton bildirib. Onun sözlərinə görə, təşkilatın prezidenti Peter Maurer RF Xarici İşlər naziri Serqey Lavrovun dəvəti ilə noyabrın 17-də Moskvaya rəsmi səfər edəcək: “Dağlıq Qarabağdakı humanitar vəziyyət müzakirə ediləcək məsələlərdən biridir. BQXK humanitar mövzularda […]

Sənaye və energetika

“Azeri Light” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Qlobal “Oil Price” portalının verdiyi məlumata əsasən, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,58 dollar və ya 1,28 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 44,88 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimuma enərək 15,81 dollar, 2008-ci ilin […]

Dünya

13 qadını qətlə yetirən manyak koronavirusdan öldü

Böyük Britaniyada silsilə qətllər törədən Piter Satkliff koronavirusdan ölüb. Bununla bağlı Vesti.ru məlumat yayıb. O, 1970-ci illərdə 13 qadını öldürməkdə və yeddisinə qarşı sui-qəsddə təqsirli bilinərək, ömürlük azadlıqdan məhrum edilmişdi. Bildirilib ki, iki həftə əvvəl P. Satkliff koronavirus diaqnozu ilə həbsxananın tibb məntəqəsinə yerləşdirilib. Qeyd edək ki, Piterin öldürdüyü və sui-qəsd təşkil etdiyi qadınların hamısı […]

İdman

Millətlər Liqası: Portuqaliya Fransaya, İsveç Xorvatiyaya qarşı

Bu gün UEFA Millətlər Liqasında növbəti turun oyunları keçiriləcək. Xəbəral.az xəbər verir ki, günün ən maraqlı qarşılaşmalarından biri Portuqaliya və Fransa yığmaları arasında olacaq. A liqasında yer alan komandalar arasında oyun Bakı vaxtı ilə 23:45-də başlayacaq. Bundan başqa, A liqasında Almaniya – Ukrayna, İsveç – Xorvatiya, İsveçrə – İspaniya qarşılaşmaları keçiriləcək. Bu gün həm də D […]

İdman

Millimizin Millətlər Liqasında növbəti çətin sınağı – AFİŞA

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Xəbəral.az xəbər verir ki, yığmamız Millətlər Liqasında IV turun matçına çıxacaq. Canni de Byazinin yetirmələri C liqasının 1-ci qrupu görüşündə Monteneqro ilə görüşəcək. Qeyd edək ki, Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İliç” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq. Qrupumuzun digər oyununda Kipr yığması doğma meydanda Luksemburqla […]

MARAQLI

Qədim mumiyaların kompüter tomoqrafiyasının fotoları yayımlandı – FOTO

Misir türbəsində aşkarlanan üç qədim mumiyanın nəhayət sirləri açıqlanıb. Bu barədə “PLOS ONE” xəbər yayıb. Məlumata görə, 1615-ci ildə tapılan mumiyalar ilk dəfə kompüter tomoqrafiyası ilə skan edilib. Qalıqların 20 yaşlı gəncə, 30 yaşlı qadına və 17 ilə 19 yaş arası yeniyetmə qıza məxsus olduğu ortaya çıxıb. Cəsədlərin zinət əşyaları, sikkələr və qiymətli əşyaları ilə […]

İdman

Federasiya prezidenti oyun zamanı saxlanıldı

Boliviya Futbol Federasiyasının prezidenti Markos Rodriqes saxlanılıb.“Xəbəral.az” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.Rodriqes, Boliviya milli komandasının Ekvadorla matçını (2:3) izləyən zaman stadionda polis tərəfindən saxlanılıb.Bu ilin yayından Boliviya futboluna rəhbərlik etməyə başlayan Rodriqes, korrupsiyada ittiham olunur.