MDB

Silahlı şəxs Moskva metrosunda atəş açdı

Rusiyanın Moskva şəhərində “Vladkino” metro stansiyasında atəş açılıb. REN TV-nin məlumatına görə, metro stansiyasında 26 yaşlı sərnişin digər sərnişinlərlə münaqişə zəminində travmatik silahla atəş açıb. Xoşbəxtlikdən heç kim zərər çəkməyib. Hadisə ilə bağlı cinayət işi başladılıb.

Cəmiyyət

Ana Vətən Partiyasının Qadınlar Şurası Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi

30 ildir həsrətində olduğumuz işğalçı Ermınistanın zəbt etdiyi torpaqlarımızı barbarlıqdan, vandallıqdan, vəhşilikdən azad etdik. Torpaqlarımız öz sahibinə qovuşdu, bölünməz Azərbaycana. Tək amalımız olan Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bütövlüyümüzün təminatçısı Ölkə Prezidenti, Ali Baş Komandanımız Cənab İlham Əliyevin siyasi iradəsi, peşəkar diplomatik səriştəsi, qəhrəman zabit və əsgərlərimizin şücaəti, xalqın Prezidentə güvəni bu gün bizə bu […]

Cəmiyyət

Heydər məscidində Vətən müharibəsi şəhidləri anılıb, Vəhdət namazı qılınıb

Bu gün Heydər məscidində Vətən müharibəsi şəhidləri anılıb, Vəhdət namazı qılınıb. XəbərAl.az xəbər verir ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iştirak edib. Vəhdət namazı A.Paşazadənin rəhbərliyi ilə qılınıb. Mərasimdə şəhidlərin ruhuna xütbələr oxunub, xatirələri ehtiramla yad edilib.

Cəmiyyət

Sumqayıtda şəhidlərin xatirəsi yad edilib – FOTO

Bu gün Azərbaycanda ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Sumqayıt sakinləri də küçədə bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsini yad ediblər. Bütün ölkə ərazisində hərəkət dayanıb, maşınlar siqnal, hərbi gəmilər fit verib.  

Xarici siyasət

Türkiyə səfirliyi şəhidlərimizin xatirəsini yad etdi – FOTO

Türkiyənin ölkəmizdəki səfirliyində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıblar. Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral başda olmaqla səfirliyin bütün əməkdaşları tam heyətlə şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər.

Sosial

Prezidentin qlobal təşəbbüsü və bəşəri bəlaya qarşı mübarizə modeli — TƏHLİL

Ötən gün Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya ölkələri ümumi bəlaya qarşı birgə mübarizəni müzakirə edib. Bunun Azərbaycan, eləcə də bütün dünya üçün tarixi hadisə olduğunu deyə bilərik. Çünki COVİD-19 pandemiyası ümumbəşəri bəlaya çevriləndə böyük ölkələr “özünəqapanma” yolunu seçdi və bu bəlaya qarşı heç bir addım atılmadı. Azərbaycan lideri təşəbbüsü ələ alaraq, qlobal model yaratdı. […]

Dünya

Afrikanın aparıcı neft şirkətinin zavodunda partlayış – VİDEO

Cənubi Afrikanın cənub-şərqindəki Durban şəhəri yaxınlığında neft emalı zavodunda güclü partlayış baş verib. Bu barədə “News24” xəbər yayıb. Məlumata görə “Engen” neft şirkətində baş verən partlayışla əlaqədar hadisə yerinə çoxsaylı təcili yardım qrupları cəlb olunub. Hələ ki, qurbanlar və zərərçəkənlər barədə məlumat yoxdur. Qeyd edək ki, “Engen” – Afrikanın aparıcı xam neft emalı şirkətlərindən biridir. Şirkət […]

Siyasət

Prezidentin köməkçisindən şəhidlərlə bağlı paylaşım

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vətən müharibəsinin şəhidləri ilə bağlı paylaşım edib. “Twitter” hesabından etdiyi paylaşımda Prezident köməkçisi qeyd edib: “2783. Şəhidlər ölməz! Ruhunuz qarşısında baş əyirik! Allah rəhmət eləsin!” 2783. Şəhidlər ölməz! Ruhunuz qarşısında baş əyirik! Allah rəhmət eləsin! pic.twitter.com/ygT7JQTSKQ — Hikmet Hajiyev (@HikmetHajiyev) December 4, 2020

Ölkə

Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir

Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür. XəbərAl.az xəbər verir ki, vətəndaşlar şəhidlərin xatirəsinə ehtiramlarını bildirmək üçün Şəhidlər xiyabanını ziyarət edir, onların ruhlarına dualar oxuyurlar. Qeyd edək ki, anım günü ilə əlaqədar ölkədə bir sıra tədbirlər keçirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş […]