Hərbi

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi – Bu qəhrəmanı siz də tanıyın

Yanınıza qumbara atılsa və sadəcə bir neçə saniyə vaxtınız olsa, yaşamağı, yoxsa yaşatmağı seçərdiniz? O, öz canı bahasına da olsa, yaşatmağı seçdi və özünü qumbaranın üstünə atdı. Atdı ki, yanında olan 10-a yaxın döyüş yoldaşı şəhid olmasın. O, şir ürəkli, böyük iradəli vətən oğlu Tərlan Həsənovdur. O, döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə […]

AKTUAL

DİN-in mayoru Füzuli uğrunda döyüşlərdə şəhid olub

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanlar arasında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları da var. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin (DİN) rəsmi səhifəsində yerləşdirilib. Belə ki, DİN-nin Daxili Qoşunlarının zabiti, XTD-nin komandiri, mayor Qaflanov Şixamir Oruc oğlu Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

İdman

Tanınmış idmançımız Olimpiadanı gözləməyib, karyerasını bitirdi – EKSKLÜZİV

Sərbəst güləş millimizin kapitanı Cəbrayıl Həsənov karyerasını başa vurub. XəbərAl.az-ın əldə etdiyi özəl məlumata görə, zədələrlə mübarizə aparan 30 yaşlı güləşçi gələn il keçiriləcək Tokio Yay Olimpiya Oyunlarını gözləmədən karyerasını bitirmək qərarına gəlib. Qeyd edək ki, Cəbrayıl Həsənov 2016-cı il Rio Olimpiya Yay Oyunlarının bürünc mükafatçısıdır. Üçqat Avropa çempionu olan Cəbrayılın aktivində dördqat dünya mükafatı […]

Təhsil

Azərbaycanda dərsliklər Sinqapur modeli əsasında hazırlanacaq

Təhsil Nazirliyi tərəfindən riyaziyyat fənni üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini, həmçinin rəqabətliliyini təmin etmək məqsədilə yeni layihəyə start verilir. Nazirlikdən verilən məlumata görə, bununla bağlı dünyanın bir çox ölkələrinin riyaziyyat fənni üzrə standartlarını və dərsliklərini uğurla təkmilləşdirmiş Sinqapurun Marşal Kavendiş İnstitutu ilə müqavilə imzalanıb. Marşal Kavendiş İnstitutu və Təhsil […]

İqtisadiyyat

İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi texnika itkisinin yekun dəyəri AÇIQLANDI – FOTO

İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun Ermənistanın məhv etdiyi və ya qənimət kimi götürdüyü hərbi texnikasının dəyəri minimum qiymətləndirmə əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, 44 gün davam edən müharibə nəticəsində düşmən 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 […]

Cəmiyyət

DİN vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edərək xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırıb. DİN-dən verilən məlumatda deyilir: “Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur. Dekabrın 1-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızın ayrı-ayrı şəhər və rayonlarında, […]

AKTUAL

Ramiz Zeynalov vəzifəsindən azad edilməyib – RƏSMİ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev məlumat verib. Onun sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov hazırda öz vəzifəsinin başındadır: […]

Cəmiyyət

“SMS icazə” ilə bağlı vacib açıqlama

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib. O, bildirib ki, dekabrın 1-dən həftəiçi hər gün saat 21:00-dan 05:00-a qədər küçəyə çıxmaq qadağan olunacaq. Həftəsonu bu məhdudiyyət cümə axşamı saat 21:00-dan bazar ertəsi saat 05:00-a qədər davam edəcək. Ticarət mərkəzlərinə […]

Bölgə

Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı

Lənkəran rayon Xarxatan kənd sakini 1984-cü il təvəllüdlü Bəhruz Nəsirov barəsində Rusiya Federasiyasının İstintaq Komitəsindən Baş Prokurorluq vasitəsilə Lənkəran rayon prokurorluğuna cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair beynəlxalq tapşırıq daxil olub. Bu barədə Lənkəran rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, həmin beynəlxalq tapşırığın icrası ilə əlaqədar sorğular verilib və Bəhruz Nəsirovun 09.08.2018-ci il tarixdə […]