Sənaye və energetika

Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkələr məlum oldu – FOTO

2020-ci ilin 10 ayı ərzində Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ilk beş ölkənin adı açıqlanıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında məlumat verilib. Müvafiq dövr ərzində Azərbaycan ən çox Rusiyaya qeyri-neft məhsulu ixrac edib. Belə ki, Rusiyaya 550,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Eləcə də, […]

Region

Kəlbəcərə komendant təyin edildi

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir”. Bunu  Milli Məclisə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilmiş Aqil Məmmədov deyib. O bildirib ki, bu gün səhər saatlarından etibarən Kəlbəcər Rayon Polis Şöbəsi işğaldan azad edilmiş Kəlbəcər şəhərinin mərkəzinə yerləşdirilib: “Daxili işlər […]

Müharibə

Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Müdafiə Nazirliyi Azərbaycan vətəndaşlarına müraciət edib. Müraciətdə deyilir: “Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 dekabr tarixli sərəncamının icrasının sürətləndirilməsi məqsədilə Müdafiə Nazirliyi vətəndaşlara müvafiq sənədləşməni aşağıdakı qaydada həyata keçirməyi tövsiyə edir. Səfərbərlikdən tərxisedilmə ilə əlaqədar hərbi qulluqçuların aşağıda göstərilən kateqoriyalara aid olmasını təsdiq edən sənədlərin (surətləri […]

MARAQLI

Sergey Narışkin: “Mendeleyev Rusiya kəşfiyyatının ən yaxşı casuslarından biri olub”

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin kimyəvi elementlərin dövri sistemini yaratmış görkəmli elm adamı Dmitri Mendeleyevi XIX əsrdə Rusiya kəşfiyyatının ən yaxşı agentlərindən biri adlandırıb. Bu barədə “RİA Novosti” xəbər yayıb. Narışkinin sözlərinə görə, Mendeleyev Rusiyada piroksilin əsasında tüstüsüz barıtın təhlükəsiz istehsalını təşkil etmək üçün lazımi məlumatları əldə edib. O, həmçinin İmperator Rus Tarixi […]

İdman

Azərbaycanın iştirak edəcəyi MDB Oyunlarının tarixi açıqlandı

Tatarıstanın (Rusiya) paytaxtı Kazanda keçiriləcək I MDB Oyunlarının yeni tarixi açıqlanıb. Bu yarış 2021-ci ilin 4-11 sentyabr tarixlərində keçiriləcək. Rusiyanın İdman naziri Oleq Matıtsin yarışla bağlı bunları deyib: “Ümid edirəm ki, gələn il bu layihə həyata keçiriləcək. Bu, qarşılıqlı fəaliyyətimiz və idman sahəsində tərəfdaşlığın inkişafı baxımından çox vacibdir”. Qeyd edək ki, 14-23 yaş aralığında idmançıların iştirak […]

Cəmiyyət

Daxili İşlər nazirindən generalın yerinə TƏYİNAT

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib. XəbərAl.az xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən,  polis polkovniki Vüqar Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini təyin olunub. Qeyd edək ki, bu vəzifəni icra edən polis general-mayoru Teymur Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. DİN-in […]

Ölkə

Metro stansiyalarından birinə şəhid Xudayarın adı verilə bilər? – RƏSMi

Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan ordusunun şanlı qələbəsi ilə nəticələndi. Bu qələbənin əldə edilməsinə şəhidlərimizin müstəsna rolu var. Məhz buna görə metro stansiyalarına İkinci Qarabağ müharibəsində iştirak edən və şəhid olan qəhrəmanlarımızın adlarının verilməsi təklif olunur. Əsas təkliflərdə biri də gözəl ifası ilə ürəklərdə taxt quran Xudayar Yusifzadənin adının […]

Xarici siyasət

Fransa parlamentarilərinin Dağlıq Qarabağa səfəri məsələsinə XİN-dən SƏRT REAKSİYA

“Azərbaycan ərazisinə, o cümlədən, onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır”. Bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan KİV-lərində Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyi, eləcə də, burada görüşlər keçirərək, mövcud olan humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqlarına dair xarici mediada gedən fikirlərə […]

Region

İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturu ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikasının işğaldan azad olunan Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın rayonlarında nəqliyyat infrakstrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına olan tələbatın təmin edilməsi, beləliklə, avtomobil nəqliyyatı ilə göstəriləcək bütün xidmətlərin bərpa edilməsi əsas prioritetlərdəndir. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi […]

Dünya

Tramp 2024-cü ildə prezidentliyə namizədliyini verəcəyinə eyham vurdu

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp 2020-ci il seçkilərinin nəticələrindən sonra hələ də bu vəzifədə qalmayacağı təqdirdə 2024-cü ildə prezidentliyə namizədliyini verəcəyinə eyham vurub. Bu barədə “Politico” xəbər yayıb. O, vəzifədə olduğu bu dörd ili gözəl keçirdiyini vurğulayıb. “Daha dörd il etmək istəyirik. Əgər bu baş verməzsə, dörd ildən sonra görüşərik”, – deyə o, Respublika Partiyasının […]