Siyasət

“Prezident İlham Əliyev Cənubi Qafqazın lideridir” – Partiya sədri

“Birmənalı şəkildə söyləmək olar ki, 44 günlük müharibə meydanında və sonradan, noyabrın 10-dan dekabrın 1-dək keçən zaman kəsiyində Ali Baş Komandan qələbələri təmin edən və bu baxımdan müstəsna, əvəzsiz xidmətləri olan tarixi şəxsiyyət, xilaskar kimi özünü təsdiq etdi”. Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. Deputatın sözlərinə görə, Prezident həm […]

Asiya

Türkiyədə yoluxma azalsa da, ölüm sayı artdı

Türkiyədə son sutka ərzində koronavirusdan 259 nəfər dünyasını dəyişib, 3,192-si simptomatik olmaqla 19 650 pasiyent COVİD-19 xəstəsi kimi qeydiyyata alınıb.  XəbərAl.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 18,861-ə, bu virusa yoluxanların sayı isə 2,082,610-a çatıb. Ümumilikdə 23 milyondan çox insan test olunub.

Xarici siyasət

Ceyhun Bayramovla Aİ komissarı arasında telefon danışığı olub

Dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı C.Bayramovun Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak məqsədilə ötən həftə Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin davamı olaraq ölkəmizin Aİ ilə əməkdaşlığı, o cümlədən enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə […]

Təhsil

Təhsil Nazirliyi və DİM birgə açıqlama yayıb

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının yerləşdiyi ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı rəsmi açıqlama yayıb. Birgə açıqlamada deyilir: “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı birgə təklifləri əsasında qərar layihəsi hazırlanmış və razılaşdırılmaq üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub. Qərar layihəsində […]

Sənaye və energetika

Azərbaycan-İran-Türkiyə elektrik enerjisi ticarəti müzakirə edilib

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər edib. Nazirlər Kabinetindən verilən məlumata görə, səfər zamanı Ş.Mustafayev İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, energetika naziri Rza Ərdəkanian, müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi ilə görüşüb danışıqlar aparmışdır. Görüşlər zamanı İran rəsmiləri uzun illərdir işğal edilmiş […]

Sosial

190 manatlıq birdəfəlik ödəmə veriləcək – RƏSMİ

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul edib. Nazirlər Kabinetindən verilən məlumata görə, qərarla koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən […]

Region

İlham Əliyev işğaldan azad edilmiş Qubadlıda – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Qubadlı rayonunda olub. Prezident səfər zamanı əsgərlə görüşüb, onlarla söhbət edib. Ali Baş Komandan görüşdə qeyd edib ki, Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərdi: “İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrində, ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu, […]

Cəmiyyət

Cəbhədə döyüşmüş bu şəxslərə 1080 manat veriləcək

“Sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş hərbçilərə aylıq 360 manat veriləcək”. XəbərAl.az xəbər verir ki, bunu Xəzər TV-nin “Birinci Studiya” verilişində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib. O bildirib ki, bu, hər bir hərbçiyə şamil olunacaq.  “Hərbçilərə […]