Sosial

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hər üç şəxs üçün Prezidentin aylıq təqaüdü təyin edildi

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və ehtiyatda olan baş çavuş İbad Hüseynov üçün Prezidentin aylıq təqaüdü təyin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, digər sosial təminat növləri kimi, “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslər üçün Prezidentin aylıq […]

İdman

Çempionlar Liqası: Kim turnirdə davam edir, kim yox?

UEFA Çempionlar Liqasında VI turun oyunları yekunlaşdıqdan sonra hansı komandaların hansı turnirdə mübarizə aparacağına aydınlıq gəlib. Həmçinin, hansı komandaların avrokuboklarla vidalaşdığı bilinib. Çempionlar Liqasının 1/8 finalına yüksələlənlər “Bayern”, “Borusiya” Mönxenqladbax, “Borusiya” Dortmund, “Laypsiq” (hamısı Almaniya), “Atletiko”, “Real”, “Sevilya”, “Barselona” (hamısı İspaniya), “Mançester Siti”, “Liverpul”, “Çelsi” (hər üçü İngiltərə), “Portu” (Portuqaliya), “Atalanta”, “Latsio”, “Yuventus” (hər üçü […]

Hərbi

Ordumuzun məhv etdiyi düşmən texnikalarının nömrələrindən ibarət lövhə hazırlandı – FOTO

Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhə hazırlanıb. Lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib. Lövhədə böyük hərflərlə “Qarabağ Azərbaycandır!” şüarı əks olunub. Lövhə bu gün baş tutacaq Zəfər paradında nümayiş etdiriləcək.  

Müsahibə

Yevgeni Mixaylov: “Bu olmazsa, Ermənistanın bir dövlət olaraq yaşamaq şansı yoxdur” – MÜSAHİBƏ

“Dekabrın 10-da Bakıda keçirilən təntənəli Zəfər Paradı – işğal altındakı torpaqları azad etməyi bacaran bütün Azərbaycan xalqının əzm və iradəsini simvolizə edir”. Bunu Media.az-a beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalistskiye rassledovaniya” (Jurnalist araşdırması) “Youtube” kanalının aparıcısı Yevgeni Mixaylov deyib. O, bunu əsl Vətən müharibəsi adlandırıb. “Ölkənin bütün vətəndaşları bir nəfər kimi cəbhəyə getməyə, vətənləri uğrunda döyüşməyə […]

Cəmiyyət

Bakıda tarixi qələbənin Zəfər paradı sevinci – CANLI YAYIM

Azərbaycanın Vətən Müharibəsində qazandığı tarixi qələbəyə həsr olunmuş hərbi parada hazırlıq gedir. Baku TV tarixə şahidlik etdiyimiz bu möhtəşəm gündə paradı izləməyə gələn şəhər sakinlərinin və Bakının qonaqlarının həyəcanını bölüşmək üçün şəhərdən canlı yayımdadır. Qeyd edək ki, rəşadətli ordumuzun qüdrətini dünyaya göstərəcək parad Bakının Azadlıq Meydanında keçiriləcək.

Sosial

Azərbaycanın bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsini dayandırıb – RƏSMİ

31 yanvar 2021-ci il tarixədək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır. Bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın icazəsi ilə xüsusi reyslərin yerinə yetirilməsi davam etdirilir.

Cəmiyyət

Türkiyə MN-dən Bakıda keçiriləcək Zəfər Paradı ilə bağlı paylaşım – VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi Bakıda bu gün keçiriləcək Zəfər Paradı ilə bağlı paylaşım edib. Nazirliyin “Twitter” hesabından edilən paylaşımda bildirilir: “Vahid Vətən Əməliyyatını uğurla həyata keçirən və Qarabağda böyük qələbə qazanan Azərbaycan türkü olan qardaşlarımızı təbrik edir və Bakıda təşkil olunan mərasimlərdə yürüş edəcək Qəhrəman Ordularımızın əsgərlərini qürurla salamlayırıq. 2783 şəhidimizə Allahdan rəhmət diləyirik”. Qeydə […]

MARAQLI

İlon Maskın “Starship” raketi sınaqlar zamanı partladı – VİDEO

ABŞ-ın “SpaceX” şirkəti tərəfindən hazırlanan ən yeni kosmik raket “Starship”in prototipi sınaq uçuşu zamanı qəzaya uğrayıb. “Zvezda”nın məlumatına görə, şirkətin rəsmi “YouTube” kanalında bununla bağlı video paylaşılıb. Kadrlarda raketin yüksək sürətlə Yer səthinə çırpıldığı görünür. “SpaceX”in qurucusu İlon Mask isə hadisəyə müsbət reaksiya göstərib. O, raketin eniş anında yanacaq çənindəki çox aşağı təzyiq səbəbindən sürətinin […]

Xarici siyasət

Hulusi Akardan Qarabağla bağlı növbəti AÇIQLAMA

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Millət Məclisinin ümumi iclasında Azərbaycanın torpaqları uğrunda apardığı mübarizə ilə bağlı danışıb. “Anadolu” agentliyi xəbər verir ki, o, Ermənistanın 30 ilə yaxındır, Azərbaycan ərazilərinin 20 faizini əhatə edən Dağlıq Qarabağı və yeddi rayonu işğal etdiyini xatırladıb. Türkiyəli nazir bir milyondan çox Azərbaycan türkünün didərgin düşdüyünü və 20 mindən çox şəhidi […]

Media

Azərbaycanın tarixi zəfəri Monteneqro və Serbiya mediasında işıqlandırılıb – FOTO

Monteneqro mediasında 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi zəfərdən bəhs olunub. Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb. Ölkənin “Aktuelno.me” xəbər portalına müsahibəsində Azərbaycan–Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə bildirib ki, 44 günlük müharibə ilə Azərbaycan tarixi zəfərə nail olub. Ölkəmiz təkcə ərazi bütövlüyünü bərpa etməyib, həm də BMT qətnamələrini yerinə […]