Gündəm

Bu yerlərdə Paşinyan rəqs etmişdi – Maraqlı fotolar

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. XəbərAl.az bildirir ki, səfər zamanı prezident ailəsi şəhərin tarixi yerlərində olub, Cıdır düzünə baş çəkib və bir neçə açılış mərasimləri həyata keçiriblər. Bildirək ki, ilyarım əvvəl Azərbaycan üçün müqəddəs olan […]

Dünya

Şimali Koreya yeni ballistik raketlərini təqdim etdi

Pxenyanda keçirilən Əmək Partiyasının səkkizinci qurultayına həsr olunmuş hərbi paradda Şimali Koreyanın yeni ballistik raketləri təqdim olunub. Bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Parad Şimali Koreya lideri Kim Çen Inın iştirakı ilə keçirilib. Şimali Koreya tərəfi sualtı qayıqlarda istifadə olunacaq raketi dünyanın ən güclü silahı adlandırıb.

Mədəniyyət

“Netflix” ilk dəfə Azərbaycanda film çəkdi – FOTO/VİDEO

Dünyaca məşhur “Netflix” platforması ilk dəfə Azərbaycanla bağlı film çəkib. Ekran işi məşhur yazıçımız Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında ərsəyə gətirilib. “Netflix İndonesia” tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıb. “Layla Majnun”un […]

MDB

Azərbaycan və Türkiyə icmaları ABŞ-da birgə etiraz aksiyası keçirdi

ABŞ-ın Nyu York ştatında fəaliyyət göstərən türk icmasının aktivləri “The Wall Street Journal” nəşrinin bir neçə gün əvvəl FETÖ terror təşkilatının axtarışda olan üzvü, basketbolçu Enes Kanterin Türkiyə əleyhinə böhtanlarının dərc edilməsinə etiraz olaraq qəzetin mərkəzi binasının qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçılarına Nyu-Yorkdakı Azərbaycan icmasının üzvləri də dəstək verib. Azərbaycan və Türkiyə bayraqları ilə […]

Gündəm

Prezident İlham Əliyev Şuşaya yola düşüb VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Şuşa şəhərinə səfərə yola düşüblər. XəbərAl.az xəbər verir ki, bununla bağlı Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində video paylaşıb. “Səhər tezdən yola çıxmışıq, istiqamət Şuşa şəhəri”, – deyə, Prezident İlham Əliyev videoda bildirib.

İdman

İdmançımız İbrahim Cəbizadənin bu gün doğum günüdür. FOTO/VİDEO

Şoko Azərbaycan karate növü üzrə idmanın tarixinə öz layiqli imzasını atan İbrahim Cəbizadənin bu gün 15 yaşı tamam olur. XəbərAl.az olaraq öz adımızdan, idman sevərlər adından az yaşlı igidimizi təbrik edirik.Şəxsi həyatında, idman arenasında bitib-tükənməz uğurlar arzular diləyirik. Hər zaman üç rəngli bayrağımızı yarış meydanlarında zirvələrə qaldırmaqla öz izini qoymaqda davam edən gəncimizə daima güc-qüvvət arzulayırıq. […]

Hadisə

Qobustanda vulkan püskürdü

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun məlumatına əsasən, yanvarın 9-da Qobustan rayonunda Şıxzəhirli vulkanı püskürüb. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, gün ərzində vulkanın püskürməsi 3 aktivləşdirmə dövrləri ilə xarakterizə olunub. Qeyd olunub ki, yerli vaxtla saat 17:48:36 (püskürmənin davamı 3 dəqiqə 28 saniyə, dərinliyi h=2.0 km, enerjisi Е=0,37×107 C), növbəti yerli vaxtla […]

Asiya

Ərdoğan koronavirusa qarşı peyvənd olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa qarşı peyvənd olunub.   XəbərAl.az xəbər verir ki, peyvəndləmə prosesi Ankara Şəhər Xəstəxanasında baş tutub. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, koronavirusa qarşı peyvənd iki mərhələdə tətbiq olunur. İkinci peyvənd 28 gün sonra vurulacaq. Qeyd edək ki, Türkiyədə koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq tibb işçilərinin peyvəndlənməsinə […]

Gündəm

Əli Həsənov Vüqar Səfərlinin həbsi barədə danışmaqdan imtina etdi

“Mən Vüqar Səfərlinin saxlanılması haqqında danışmaq istəmirəm. Bu barədə açıqlama vermək niyyətim yoxdur”. XəbərAl.az xəbər verir ki, bunu “AzPolitika.info”-ya Prezidentin keçmiş köməkçisi, prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənov bildirib. Xatırladaq ki, bu gün ləğv olunmuş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş sədri Vüqar Səfərli həbs edilib. Onun barəsəində Baş […]

Gündəm

Koronavirusa yoluxmuş Rəşid Mahmudovun səhhəti ilə bağlı xəbər

Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudovun koronavirusa yoluxması ilə bağlı xəbər vermişdik. XəbərAl.az xəbər verir ki, bu gün sosial şəbəkələrdəki bəzi səhifələr Rəşid Mahmudovun səhhətinin pisləşdiyi barədə xəbər yayıblar. Lakin ailəsi bunu təkzib edib. Rəşid müəllimin səhhətinin yaxşı olduğu və müalicəsini davam etdirdiyi bildirilib.