Asiya

Ərdoğan koronavirusa qarşı peyvənd olundu

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa qarşı peyvənd olunub.  

XəbərAl.az xəbər verir ki, peyvəndləmə prosesi Ankara Şəhər Xəstəxanasında baş tutub.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, koronavirusa qarşı peyvənd iki mərhələdə tətbiq olunur. İkinci peyvənd 28 gün sonra vurulacaq.

Qeyd edək ki, Türkiyədə koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq tibb işçilərinin peyvəndlənməsinə start verilib. Tibb işçilərindən sonra yaşlı insanlar peyvənd olunacaq. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir