Cəmiyyət

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? – FOTO

Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında, teatrlarda, idman zallarında və sürücülük məktəblərində 10-15% civarında endirimlərdən yararlanırlar. Ölkənin bəzi universitetlərinin ərazilərində tələbələr üçün […]

Dünya

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” – VİDEO

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı “altı yaşlı yuxulu Don” adlandırıb. “Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışan yetkin bir adamam”, – deyə Bayden bildirib. O, 2024-cü il seçkilərinin tam sürətlə getdiyini qeyd edərək, yaşın da […]

İdman

“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq – SƏBƏB

“Mançester Yunayted” növbəti mövsüm Çempionlar Liqasında oynamaq üçün riyazi şansını itirib. Belə ki, komanda İngiltərə Premyer Liqasının 35-ci turunda “Börnli” ilə heç-heçə edib – 1:1. İngiltərə çempionatının 34 oyunundan sonra Erik ten Haqın rəhbərliyi altında “Mançester Yunayted” 54 xal toplayıb və altıncı pillədə qərarlaşıb. Halbuki dördüncü pillədə qərarlaşan “Aston Villa”nın 35 görüşdən sonra 67 xalı var […]

Dünya

Messinin dublu və iki məhsuldar ötürməsi “İnter Mayami”yə qələbə qazandırdı – VİDEO

“İnter Mayami” səfərdə “Nyu İnqlend Revoluşn”a 1:4 hesabı ilə qalib gəlib. İlk dəqiqədə “Nyu-İnqlend” önə keçsə də, sonradan qapısında 4 top görüb. 32-ci dəqiqədə argentinalı hücumçu Lionel Messi hesabı bərabərləşdirib. İkinci hissənin ortalarında Messi ispaniyalı yarımmüdafiəçi Serxio Busketsin ötürməsi ilə dubl edib. 83-cü dəqiqədə Messinin ötürməsi ilə əvvəlcə Benxa Kremanski, daha sonra isə uruqvaylı hücumçu […]

Cəmiyyət

İki yaşlı Asimin dəstəyə ehtiyacı var: Ağır yanıq xəsarətləri alıb – FOTO

İki yaşlı Asimin dəstəyə ehtiyacı var. Bu barədə Oxu.Az-a onun anası Aynur Əzizova məlumat verib. O bildirib ki, övladı evdə bədbəxlikdən ağır yanıq xəsarətləri alıb. “Asimin iki yaşı var. Aprelin 14-ü evdə qaçarkən stola dəydi, stolun üzərindəki çaydan onun üzərinə aşdı. Həmin gün biz onu xəstəxanaya apardıq. Vəziyyəti ağır olduğu üçün bizi Bakıda yerləşən xəstəxanalardan […]

Cəmiyyət

Şirvanda qanunsuz quraşdırılan yol nişanları: Polis hərəkətə keçdi – AÇIQLAMA + FOTO

“Şirvan şəhərində qanunsuz olaraq quraşdırılan yol nişanları sökülüb”. Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev deyib. O qeyd edib ki, daxil olan məlumat əsasında Şirvan şəhərində qanunsuz olaraq quraşdırılan yol nişanları DYP əməkdaşları tərəfndən müəyyən edilərək müvafiq tədbirlər görülüb. “Bir daha bütün hüquqi […]

İdman

“Sumqayıt” “Qarabağ”a, “Turan Tovuz” “Neftçi”yə qarşı: XXXII turun daha üç oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha üç oyunu keçiriləcək. Oxu.Az xəbər verir ki, ilk olaraq “Qəbələ” “Kəpəz”i qəbul edəcək. Gəncə təmsilçisi 31 xalla 9-cu, “qırmızı qaralar” 17 xalla 10-cu pillədə qərarlaşıblar. Meydan sahibləri bu matçda qələbə qazana bilməsə, çempionatda sonuncu olacaq və reqlamentə əsasən elitanı tərk edəcək. Günün ikinci duelində avrokuboklara […]

Dünya

Rusiyada zəlzələ olub

Rusiyanın Kuril adalarına yaxın ərazidə, Sakit Okeanda 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Şimali Kurilsk şəhərindən 42 kilometr cənubda, 95 kilometr dərinlikdə yerləşir. Xeberal.az

Dünya

Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur – TƏHLİL + FOTO

Cənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında konstruktiv mövqe sərgilədiyinə dair ümumi bir təsəvvür yaranmışdı. Lakin pərdəarxasındakı məqamlar gün işığına çıxmağa başladığı andan […]

Kriminal

Zaqatalada müştəri çayxana sahibinə 13 bıçaq zərbəsi vurub

Zaqatalada həmkəndlilər arasında düşən dava bıçaqlanma ilə nəticələnib. “Report”un məlumatına görə, hadisə rayonun Qandax kəndində baş verib. Belə ki, kənd ərazisində çayxana işlədən 1991-ci il təvəllüdlü Nurlan Zəkər oğlu Muradovla çayxanaya müştəri kimi gələn həmkəndlisi Tural adlı şəxs arasında mübahisə yaranıb. Nəticədə Tural Nurlan Muradovu bıçaqlayıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinədən sonra N. […]