Asiya

Türkiyədə xüsusi təhlükəli terrorçu məhv edildi

Türkiyənin şərqindəki Van əyalətində terrorçuluğa qarşı “Eren” əməliyyatının birinci mərhələsi çərçivəsində ölkənin Daxili İşlər Nazirliyinin xətti ilə axtarılan PKK-nın xüsusi təhlükəli terrorçusu Gökhan Demir məhv edilib.

XəbərAl.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, “Aqit” kod adlı Gökhan Demir “Vəfa” xeyriyyə təşkilatının əməkdaşlarına qarşı silahlı hücumda iştirak edib. Van əyalətinin Ozalp rayonunda 15 may 2020-ci ildə törədilən terror aktı nəticəsində təşkilatın iki əməkdaşı həlak olub, daha bir əməkdaşı yaralanıb.

Terrorçu türk jandarmeriyasının xüsusi təyinatlı dəstəsi tərəfindən məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir