Asiya

Çavuşoğlu: “Türkiyə ilə Misir ilkin şərtlər irəli sürmədən diplomatik təmaslara başlayıb”

Sharing is caring!

“Türkiyə ilə Misir arasında ilkin şərtlər irəli sürülmədən diplomatik təmaslar başlayıb”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, danışıqlara başlamaq üçün nə Misir, nə Türkiyə ilkin şərt irəli sürüb: “Ancaq iki ölkə arasında uzun illər əlaqələr olmadığından bir gündə heç bir şey olmamış kimi davranmaq o qədər də asan deyil. “Yol xəritəsi” çərçivəsində görüşlər, müzakirələr davam edir. Həm kəşfiyyat, həm də diplomatik sahədə təmas saxlayırıq. Yaxın günlərdə yenə diplomatik və kəşfiyyat sahələrində müzakirələrimiz olacaq”.

Nazir Birləşmiş Ərəb Əmirliklərindən də müsbət ismarışlar aldıqlarını bildirib: “Bizim onlarla heç bir problemimiz yoxdur. Ancaq onlar bizə qarşı mənfi münasibət bəsləyirdilər”.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir