Dünya

Messinin həyat yoldaşına məxsus mağaza qarət edilib: Pulla dolu iki çanta qaçırılıb

Sharing is caring!


Argentinanın Rosario şəhərində yerləşən və Lionel Messinin həyat yoldaşı Antonela Rokutsoya məxsus olan supermarket qarət edilib.

Mənbənin yazdığına görə, hücum supermarketdən banka 22,4 min dollar aparan avtomobilə edilib.

Belə ki, avtomobildən düşən iki nəfər qara rəngli “Chevrolet” markalı avtomobilin şüşələrindən birini sındırıb. Həmin vaxt “Chevrolet” markalı avtomobildə Antonellanın əmisi qızı və supermarketin iki işçisi olub. 

Soyğunçular pulla dolu iki çantanı götürüb qaçmazdan əvvəl avtomobili atəşə tutublar.

Zərərçəkənlərin yüngül qançırlar aldığı və şok vəziyyətində olduqları bildirilir.

Artıq hadisə ilə bağlı araşdırmanın aparıldığı bildirilir. Hələlik cinayəti kimin törətdiyinə dair məlumat yoxdur.

Mənbə: Infobae

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir