Araşdırma

“Qüsursuz Nitq Mərkəzi” ilə bağlı yazılanların heç bir əsası yoxdur

Sharing is caring!

Ötən gün ölkə mətbuatında eləcə də Xəbəral.az saytında “Qüsursuz Nitq Mərkəzi” Yoxsa, “Pul Kəsən Maşın”? başlığı altında xoşagəlməz yazı dərc olunmuşdu. Yazı ilə bağlı Xəbəral.az saytı geniş araşdırma aparmış və məlumatda qeyd olunanlar öz əksini tapmamışdır. Belə ki, “Qüsursuz Nitq Mərkəzi” istər pandemiya dövründə istərsə də 44 günlük Vətən Müharibəsi zamanı vətəndaşlara xüsusəndə şəhid ailələrinə və Qarabağ Qazilərinin ailələrinə təmənnasız xidmət etmişdir. Bundan başqa Vətən Müharibəsi zamanı yaralanan və danışığında qüsur yaranan əsgərlərimizə pulsuz xidmət göstərərk, onların sağalmasını təmin etmişdir. Beynəlxalq müsabiqələrdə iştirak edərək, qalib olmuş Esmira Qafarova mərkəzə rəhbərlik edir. O, daim maddi durumu zəif olan ailələri və xüsusi kateqoriyaya aid olan şəxslərə yaxından dəstək göstərərək, öz diqqət və qayğısını əsirgəmir.
Bir daha qeyd edirik ki, Qüsursuz Nitq Mərkəzi”-nə atılan iftiraların və qarayaxma kampaniyasının heç bir haqqa-ədalətə sığmır həmçinin əsası yoxdur. İnanırıq ki, hər kim olursan ol, Allahı başının üstündə görərək sosial şəbəkə də rəylərə fikir verəcək!

Bizdə Xəbəral.az saytı olaraq redaksiyamız adından Esmira xanıma və onun kollektivinə uğurlar arzulayırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir