Araşdırma

Müəmmalı “Şuşa” mükafatı narazılıq yaratdı: Dəvət olunmayanlar status paylaşdı-FOTO

Sharing is caring!

Bu gün Bakı Gənclər Mərkəzində ictimaiyyətə indiyədək bəlli olmayan qurum və şəxs tərəfindən müəyyən şəxs və təşkilatlara “Şuşa Milli Mükafatı” adlı təltifin təqdim edilməsi ictimaiyyətdə ciddi narazılığa səbəb olub.



Azərbaycanın Əməkdar jurnalisti, siyasi ekspert Elçin Mirzəbəyli statusu bəlli olmayan təsisat adından “Şuşa” adlı mükafatın verilməsini sərt tənqid edib. Editor.az tanınmış jurnalistin statusunu olduğu kimi təqdim edirik:



“Ölkədə “Şuşa Milli Mükafatı” təqdim edilir. “Zəfər təntənəsi” adlı statusu bəlli olmayan təsisatın adından və Vəsilə Qabilqızı adlı haqqında heç bir bilgi olmayan şəxsin imzası ilə…
“Mükafat”la bağlı məlumatlardakı dil və fikir xətaları, “mükafata” layiq görülən şəxslərin qarşında qoyulan tələblər baş verənlərin əsl mahiyyətini ortaya qoyur:
Kimlərsə mədəniyyətimizin paytaxtına olan sevgidən öz təbliğatları üçün istifadə etməyə cəhd göstərir.
Şuşanın adının yer aldığı bir mükafatı, həm də “Milli Mükafat” statusu ilə yalnız dövlət və onun müvafiq təsisatları, həmçinin Mədəniyyət nazirliyi, Şüşanın daşını-torpağını, ruhunu yenidən dircəldən Heydər Əliyev Fondu təsis edə bilər.
Düşünürəm ki, bu məsələ ciddi şəkildə araşdırılmalı, Şuşa da daxil olmaqla işğaldan azad etdiyimiz yurd yerlərimizin adından sui-istifadə hallarına son qoyulmalıdır”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir