MARAQLI

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Sharing is caring!

Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq.
Bu barədə yazılmış mətnləri oxuduq.
Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtiraslı öpüşməyin yollarını təqdim edirik.

Öpüşməyi bacarırsınızmı? Çoxunuz bu suala belə cavab verəcəksiniz: “Burda nə var ki, bacarmayaq da?!”
Ola bilər ki, çox adam bacarır. Bir-iki dəfə öpüşəndən sonra hamı üçün adiləşir öpüşmək. Ancaq biri var bacarmaq, biri də var yaxşı bacarmaq.

Ehtiraslı nəfəs
Nəfəs cinsi akt zamanı önəmli olduğu kimi, öpüşmədə də önəmlidir. Nəfəs ehtirasın siqnallarıdır.
Öpüşmək üçün iki bədən bir-birinə yaxınlaşıb, dodaqlar arasında cəmi bir neçə santimetr məsafə qalan zaman yüngül nəfəs səsinin gəlməsi və isti nəfəsin qarşı tərəf dodaqlarına toxunması öpüşü daha ehtiraslı edir.

Ağızdan gələn iy
Öpüşməzdən qabaq ağzınızdan pis iy gəlib gəlməməsini yoxlamalısınız. Uzun müddət ac qaldıqda, yağlı, ətli yeməklər yedikdən, spirtli içkilər içdikdən sonra ağızdan pis qoxunun gəlməsi normaldır. Bu qoxuyla da görüşə gedib, sonra öpüşdükdə fəlakət qopur. Qoxunu aparmağın bir çox yolları var. Ancaq ən asan yol təbii ki, nanəli və ya meyvəli saqqız çeynəməkdir.

Sevişmək öpüşməkdən başlayır
Sevişmək öpüşməkdən başlayır. Yaxşı öpüşmək həm də münasibətləri maraqlı və uzunömürlü edir.
Boş yerə demirlər ki, yaxşı öpüşən sevgili dünyanın yarısı deməkdir.
Öpüşün yaxşı olması üçün aşağıdakılara diqqət yetirmək lazımdır:

Xırda oyunlar
Çalışmalısınız ki, öpüşməkdən alacağınız həzzi artırasınız. Bu zaman siz qarşınızdakının da aldığı həzzi artırmış olursunuz. Bunun üçün xırda “hoqqalar çıxarda” bilərsiniz. Məsələn, dodaqlar iç-içə keçmədən, dodaqlarınızı sevgilinizin dodaqlarına yüngülcə toxundurmağı sınaqdan keçirin. Onun yaşadığı həzzi gözlərinizlə görəcəksiniz.

Tələsmək olmaz
Yaxşı öpüşmək istəyirsinizsə, qətiyyən tələsməyin! “Təhminə” filmində deyildiyi kimi – “Tələsmə, Zaur!”. Yuxarıda bəhs etdiyimiz oyunları davam etdirin. Onun dodaqlarının ətraflarına xəfif öpüşlər qondurun.

Dodaqları sıxın…
Partnyorunuzun əvvəlcə alt dodağını, sonra isə üst dodağını öz dodaqlarınızın arasına alın. Amma çox da bərk sıxmamağa çalışın. Əgər bu öpüşməyin axırı, babat bir intimlə nəticələnəcəksə, onda onun dodaqlarını öz dodaqlarınız arasında bərk sıxmağa başlayın…

Fransız öpüşü
Çoxunuz fransız öpüşünün nə olduğunu yaxşı bilirsiniz. Bilməyənlər üçün təkrar edək. Fransız öpüşündə əsasən dildən istifadə edilir. “Fransızca” öpüşmək istəyirsinizsə, ağzınızı çox aralamayın. Bu mənzərə qarşınızdakı üçün pis görsənə bilər. Dodaqlarınızcı azca aralayaraq öpüşmək, öpüşərkən dilləriniz də bir-birinə toxundurmaq öpüşü daha ləzzətli eləyəcək. Öpüşərkən dilin qarşı tərəfin ağzının içində olması bu stil üçün vacib olan detaldır.

Dişlərinizi gizlədin
Fransız öpüşündə dişlərə diqqət etmək lazımdır. Bəli, bəzən dodaqlara ya da çənəyə dişlərin yumşaq toxunması qarşı tərəfin xoşuna gəlsə də bu öpüşmə stilində dişləri çox da ön plana çıxarmağa ehtiyac yoxdur.

Gözlər
Öpüşərkən gözlərin açıq və ya qapalı olması qarşı tərəf üçün müxətlif mənalar verir. Ürəkdən öpüşən zaman gözləri bağlamaq insanın avtomatik etdiyi hərəkətdir. Qarşı tərəfə bu anı yaşadığınız mesajlarını verir. Eyni zamanda siz də onun gözlərini bağladığını görəndə, ona zövq verdiyinizi anlayır və xoşbəxt olursunuz. Amma gözləri açıq öpüşəndə bunu faciə kimi qəbul etmək lazım deyil. Əksinə, öpüşərkən sevgilinizlə göz-gözə gəlməyin də ləzzəti ayrı olacaq.

Fərqli yerlər
Öpüş prosesi təkcə dodaqlarla başlayıb, dodaqlarla bitmir. Öpmək üçün çox yer var. Başqa yerləri də sınaqdan keçirin. Nəticəsi çox yaxşı olacaq, əmin olun.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir