Araşdırma Ölkə

AST Telman bu ölkədən siyasi sığınacaq aldı

Sharing is caring!

Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunaraq Monteneqroda saxlanılmış Azərbaycan əsilli iş adamı Telman İsmayılov bu ölkədən siyasi sığınacaq alıb.

Xəbəral.az saytı “Report”a istinadən xəbər verir ki, bunu T.İsmayılovun vəkili Marina Rusakova bildirib.

Hüquqşünas bildirib ki, onun müvəkkili ekstradisiya izolyatorundan buraxılıb, çünki Monteneqroda siyasi sığınacaq alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq istəmək niyyətində olması barədə xəbər yayılıb.

Vəkili Marina Rusakova bildirmişdi ki, onun müvəkkili ittihamların heç birindən özünü təqsirkar bilmir: “Telman saxlanılırkən onun üstündə siyasi sığınacaq üçün müraciət etdiyini təsdiqləyən sənəd olub. Odur ki, onun saxlanılması qanunsuzdur. Yalnız bu məsələ yoxlanılandan sonra T.İsmayılovun təhvil verilməsi məsələsinə dair qərar veriləcək”.

Xatırladaq ki,Telman İsmayılov Monteneqroda saxlanılaraq barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir