Araşdırma

Suraxanı Hövsan Bağları Yolunda Qanunsuz Bazarın sakinlərə yaratdığı problem niyə aradan qaldırılmır? Aidiyyatı qurumlar qorxur ora yaxınlaşmağa – FOTO+VİDEO

Sharing is caring!

Xəbəral.az saytı ötən sayında Bakının Suraxanı rayonu, Hövsan bağları yolu deyilən ərazidə qanunsuz fəaliyyət göstərən tikinti materialları bazarı haqqında geniş yazı dərc etmişdi.

Qeyd etmişdik ki, həmin ərazidə yaşayan sakinlər iddia edir ki, Suraxanı Hövsan bağları yolu daimi küləkli bir ərazidir. Orada olan toz, dumanla bağlı nə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi nədə ki, Suraxanı icra hakimiyyəti heç bir tədbir görmür.

Əldə etdiyimiz məlumata görə, bu bazarın Suraxanı rayon icra başçısı Əziz Əzizovun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə fəaliyyət göstərdiyi və satıcılardan alınan pulların birbaşa onların cibinə getdiyini dedilər.

Xəbəral.az-ın yazsından sonra Suraxanı icra hakimiyyəti problemin aradan qaldırılması ilə bağlı rəsmi açıqlama versə də, əksinə sözügedən bazarın ərazisi daha da genişlənib.

İnanırıq ki, adların qeyd etdiyimiz qurumlar əraziyə baxış keçirib, orada yaşayan sakinləri toz dumandan xilas edəcəkdir.

Sözügedən mövzunu nəzarətdə saxlayıb mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir