Ana Səhfə

Füzuli indi tamamilə yenidən qurulur

Sharing is caring!

Prezident İlham Əliyevin cari ilin 17 oktyabr tarixində “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Qarabağın gələcəyi haqqında işıqlı perspektivlər,   nikbin mülahizələr, gerçək planlar haqqında müddəalar irəli sürülmüşdür.  Əsas məqsəd odur ki, vaxtilə yurd-yuvalarından didərgin salınmış insanlar ən qısa zamanda öz evlərinə qayıtmalıdırlar.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması uzun illər ərzində  davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir.

Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ümummilli Liderimizin müxtəlif illərdə Vətən, xalq, ordu, Qarabağ haqqında söylədiyi fikirlər öz işığıyla xalqımızı, ordumuzu şanlı qələbəyə doğru aparmışdır. Ulu öndərin  Azərbaycanın xoşbəxt, təhlükəsiz gələcəyinə təminat verən zəngin və çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini  məhz ordu quruculuğu təşkil etmişdir. Ulu Öndərin yüksək sərkərdəlik bacarığı və hərb işinin incəliklərinə peşəkar yanaşma qabiliyyəti ordumuzdakı mürəkkəb problemləri həll etməyə və Azərbaycan Silahlı Qüvvələrini elmi-nəzəri əsaslar üzərində qurmağa imkan verdi.

 Bu gün Füzuli rayonunda ötüb keçən illər ərzində işğaldan, erməni təcavüzündən zərər çəkmiş ərazilərdə müharibə ağrılarına məlhəm qoyulur. Füzulililər inam, əzmkarlıq, qətiyyət nümayiş etdirərək dövlət qayğısına əməli işləri ilə cavab verirlər. Rayonun ərazisində aparılan hərtərəfli abadlıq-quruculuq işləri ilə yanaşı, məcburi köçkünlər üçün də onlarla yeni qəsəbələr salınıb, insanlara rahat şərait yaradılıb.

Füzulidən olan məcburi köçkünlər dövlət qayğısından hərtərəfli bəhrələnirlər. Prezident ilham Əliyev Füzuli şəhəri günündə etdyi çıxışda deyidiyi kimi, Böyük Qayıdış Proqramı qəbul olunub və uğurla icra edilir. Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır.

Eldəniz Cəfərov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

  Günəşli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir