Ana Səhfə

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” layihəsi başa çatdı – FOTOLAR

Sharing is caring!

“Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu artırılmalıdır”

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində, Bədən Tərbiyəsi və İdman Akademiyasında, Azərbaycan Texniki Universitetində, Turizm və Menecment Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində seminarları başa çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasında qaçqın və məcburi köçkün tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunması, bu münaqişə barədə məlumat bazalarının gücləndirilməsi, sosial şəbəkələr vasitəsilə Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunun artırılması və s. layihənin əsas məqsədini təşkil edib.

Layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu münaqişənin həllində tutduğu prinsipial və vətənpərvər mövqeyi, silahlı qüvvələrimizin ermənistan üzərində əzici gücə malik olmasını təmin etməsi, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyevanın beynəlxalq miqyasda apardığı işlər, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı, Heydər Əliyev Fondunun Birinci Vitse –Prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kompaniyası çərçivəsində gördüyü işlər və s. ekspertlər tərəfindən tələbələrə müfəssəl izah edilmiş, tələbələr diskussiyalarda fəal iştirak edib.

Seminarlar zamanı seminarlarda iştirak edən tələbələrə rmənistanın Azərbaycana silahlı təcavüzünün fəsadlarını əks etdirən marifləndirici bukletlər paylanılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir