Cəmiyyət

Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Sharing is caring!

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev 9 saylı cəzaçəkmə müəssisəsində olub.

Qurumdan verilən məlumata görə, federasiyanın məsul əməkdaşları və milli komanda üzvlərinin da iştirak etdiyi görüşdə məhkumlar üçün nəzərdə tutulmuş yeni basketbol lövhəsi istifadəyə verilib.

E. Əmrullayev cəza çəkən insanları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, ən qısa müddətdə bu bayramları ailələri ilə birgə qeyd etmələrini arzulayıb. Daha sonra millinin üzvləri məhkumlara yığma komandanın formalarını hədiyyə ediblər.

Qeyd edək ki, federasiyanın təşkilatçılığı ilə yaradılan basketbol lövhəsi məhkumların istirahət vaxtlarından daha səmərəli istifadə etmələri üçün nəzərdə tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir