Ana Səhfə

Rusiya S-500-lərin istehsalına başlayır

Rusiya S-500 zenit-raket komplekslərinin istehsalına başlayır.

APA-nın məlumatına görə, bunu bu gün “Rostex” Dövlət Korporasiyasının rəhbəri Sergey Çemezov “Rossiya-1” telekanalının Azərbaycan əsilli jurnalisti Nailə Əsgərzadəyə müsahibəsində bildirib.

S. Çermezov yaxın vaxtlarla S-500-lərin Rusiya ordusunda silahlanmaya qəbul ediləcəyini söyləyib. “Rostex” rəhbəri S-400-lərlə müqayisədə S-500-lərin daha müasir və uzaqmənzilli silah kompleksləri olduğunu qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu S-500-lərin 2020-ci ildə orduya təhvil verilməyə başlanılacağını bildirmişdi. Bu silah kompleksləri yaxın 25 il ərzində istifadə üçün yaradılır Bundan əvvəl Qərb mətbuatı S-500-lərin sınaqlar zamanı 481,2 km məsafədə hədəfi məhv etdiyini yazıb. Bu isə S-500-lərin hazırda dünyada mövcud olan hava hücumundan müdafiə sistemləri ilə müqayisədə 80 km daha uzaq mənzilli olduğunu göstərir.