“Xeberaz.Az”-a daxil olan məlumat hərkəsi şoka salacaq.Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin sifarişini həyata keçirənlər Yeni Gəncə Tibb Mərkəzinin icraçı direktorunun yaşadığı ünvana gedərək təhdid və təhqirlər etməklə mənzilindəki bahalı əşyaları götürərək oradan uzaqlaşmışlar.
Baş vermiş hadisə haqqında əldə etdiyimiz məlumatı sizlərə çatdırırıq.
16 oktyabr 2021-ci il tarixdə təxminən saat 17 radələrində Yeni Gəncə Tibb Mərkəzinin üç nəfər işçisi (Mahir həkim , Zülfüqar və Kəyan) Ülkər xanımın yaşadığı ünvana gəlir mənzilə daxil olmuşlar. Mahir həkim əlində olan telefonu Ülkər xanıma üzadaraq Təsisçi İlham Əliyevlə danışmağını tələb edir. Ülkər xanımın İlham Əliyevlə danışarkən telefonda təhqiramiz formada gələn adamların istədiklərini təmin etməyini əmr etmiş. Həmin adamlar Ülkər xanıma otaqlara girməməyi bildirərək qarşılarını almaq istədikdə isə klinikada mühafizəçi vəzifəsində işləyən Kəyan adlı şəxs Ülkər xanımın qolundan tutaraq dəhlizin divarına çırpmış , hər üçü zor tətbiq edərək mənzilin bütün otaqlarında axtarış keçirərək dəhlizdə qutulara yerləşdirdiyi şəxsi əşyalarını , əşyalarla birlikdə olan pul və qızıl-zinət dəstini götürüb “bu qızıl və pulları klinikadan qazanıbsan”deyərək mənzildən çıxmışlar. Ülkər xanımın səhhəti pozulduğu üçün Təcili tibbi yardıma , sonra isə mənzilinə basqın olduğu üçün 102 qaynar xəttinə müraciət edir. Hal-hazırda fakt üzrə Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat və istintaq idarəsində təhqiqat aparılır.
Hal-hazırda Ülkər xanım tərıfindən Cenab prezidentə ve Mehriban xanima, baş prokurorluga mektub yazaraq şikayətini bildirmişdir.
Xəbəral.az