Ana Səhfə Cəmiyyət

Azərbaycan ordusunun şanlı zəfər simvolu – Hərbi Qənimətlər Parkı

Azərbaycan ordusunun şanlı zəfər simvolu – Hərbi Qənimətlər Parkı

Azərbaycanın zəfər tarixində, Ali baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” kimi birləşməsi, bu prinsiplə döyüşlərdə ordumuzun iştirakı çox böyük qələbənin nəticəsi oldu. Nəticədə düşmənin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, onların qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatları və sursatlar qənimətlər sırasına daxil oldu. Bu gün Bakı şəhərində açıq səma altında cənab İlham Əliyevin təşəbbüsü ilə alınmış hərbi qənimətlər parkında Zəfər tariximizin, zəfər paradının, Qələbinin ən böyük qiyməti, nəticəsi olan Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olan torpaqlarımızda düşməndən qənimət götürdüyü hərbi texnikalarının nümayişi hər bir Azərbaycan vətəndaşına qürurverici bir hissdir. Xüsusən də biz bu hissi gənc və yeniyetmələrə, uşaqlara daha dərindən aşılamalıyıq. Çünki bu qələbə dövlətimizin və ordumuzun qələbəsidir. Bu gün Azərbaycan Ordusunun, qalib ordunun səviyyəsinin yüksəldilməsi ,ordumuzun bütün gücünün dünya orduları sırasında yer alması şəxsən Ali Baş Komandanımızın adı ilə bağlıdır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Hərbi Qənimətlər Parkı müharibənin miqyasınıvə Qələbənin möhtəşəmliyini göstərir

44 günlük müharibədə Silahlı Qüvvələrimizin düşmənə qarşı tətbiq etdiyi taktiki yeniliklər, müasir silah və texnikadan istifadə hərb sənətində yenilik kimi dünyanın güc mərkəzlərində bu gün öyrənilir. Xalqımızın Vətən müharibəsində misilsiz qəhrəmanlığının və qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi üçün Azərbaycan Prezidentinin Sərəncamı ilə paytaxtımızda Hərbi Qənimətlər Parkı salınmışdır. Xətai rayonunun ərazisində salınan 5 hektara yaxın dənizkənarı ərazidə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü və sərəncamı ilə  bu park artıq dekabrın əvvəllərindən yaradılmağa başlanmışdı. Dövlət başçısının göstərişinə əsasən elə bir park yaradılmışdır ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və qazandığı möhtəşəm tarixi Zəfər  barədə dolğun təsəvvür yaradır. Ötən il noyabrın 11-də Prezident cənab İlham Əliyev hərbçilərlə görüşü zamanı düşməndən qənimət götürülmüş hərbi texnikanın Bakıya gətirilməsi, onların nümayiş etdirilməsi üçün yer seçilməsi barədə göstəriş verdiyini demişdi.
Ermənistan ordusunun bütün qoşun növlərinə məxsus 130-a yaxın qismən istifadəyə yararlı və ya tam yararsız döyüş texnikası parkda öz yerlərini tutmaqdadır. Düşmənin həmin döyüş texnikasının bir qismi ötən il dekabrın 10-da keçirilən Zəfər paradında xalqımıza və eləcə də dünyaya nümayiş etdirilmişdi. Parkdakı eksponatların arasında Azərbaycan Silahlı Qüvvələrinin azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. İkinci Qarabağ Müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar arasında 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, müharibənin gedişatı barədə məlumatlar da yer alır. Açıq havada belə bir muzeyin yaradılması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə həyat keçirilən “Dəmir Yumruq” əməliyyatının möhtəşəmliyinin dünyaya nümayişidir.

Vüsalə Kərimova – Zərdab şəhər 1 nömrəli məktəb-liseyin direktoru

Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub

Azərbaycan Milli Ordusunun formalaşması, təşəkkül tapması və qüdrətlənməsi məhz Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra başlandı. Ümummilli liderin qətiyyəti, siyasi uzaqgörənliyi və dövlət idarəçiliyindəki zəngin təcrübəsi sayəsində nizami Milli Ordunun formalaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı. Qeyri-qanuni silahlı qruplaşmalar zərərsizləşdirildi, yerli özünümüdafiə batalyonları ləğv edilərək vahid komandalıq ətrafında birləşdirildi. Böyük tarixi şəxsiyyətin 22 may 1998-ci il tarixli fərmanı ilə iyunun 26-sı “Silahlı Qüvvələr Günü” elan edildi. Ulu Öndərin daxili və xarici siyasətini böyük müvəffəqiyyətlə davam etdirən, onun yarımçıq qalmış ideyalarını reallaşdıran möhtərəm Prezidentimiz İlham Əliyev də ordu quruculuğuna, Milli Ordumuzun daha da qüdrətlənməsinə xüsusi diqqət yetirdi. Milli Ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atılmış, orduda peşəkarlıq, döyüş qabiliyyəti artırılmışdır. Silahlı Qüvvələrdə ruh yüksəkliyi, döyüş əhval-ruhiyyəsi yaradılmışdır. Azərbaycan müdafiə sənayesində istehsal edilən müxtəlif hərbi təyinatlı məhsullar Milli Ordumuzun maddi – texniki bazasını daha da gücləndirmişdir. Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın Milli Ordusunun təchizatı, əsasən, daxildə istehsal olunan məhsullar hesabına formalaşır. Artıq Azərbaycanda müxtəlif növ silahlar, sursatlar və hərbi texnika istehsal olunur. Onu da qeyd edək ki, Azərbaycanda istehsal olunan hərbi texnikalar beynəlxalq sərgilərdə nümayiş olunmuş və yüksək qiymətə layiq görülmüşdur.
Ümummilli lider Heydər Əliyevin müdrik kəlamlarının birində deyilir ki, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Güclü iqtisadiyyatı olan ölkənin güclü orduya malik olması onun mövqelərini daha da möhkəmləndirir, gücləndirir, dünya birliyindəki nüfuzunu artırır, milli maraqlarının qorunmasında böyük rol oynayır. Güclü ordu güclü dövlət deməkdir. Məhz bu baxımdan cənab Prezidentimiz dövlət üçün xüsusi əhəmiyyət kəsb edən ordu quruculuğu sahəsinə önəmli olmasına diqqət çəkərək belə demişdir- “Bu gün Azərbaycanda nizami ordu vardır. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir. Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir!”.
Elə bunların məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin şanlı qələbəsi ilə başa çatdı. Uzun illər işğal altında olan torpaqlarımız azad edildi.

Famil Abbasov – Vətən müharibəsi iştirakçısı

Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olacaqdır

Vətən müharibəsindən sonra ələ keçirilmiş qənimətlərin nümayişi üçün cənab Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürüb. Çox qısa zamanda görülən genişmiqyaslı işlər artıq yekunlaşdırılaraq açıq səma altında nadir park salınıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir Yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri darmadağın edildi və hərbi texnikaları məhv edildi yaxud qənimət olaraq ələ keçirildi. Qarşısı alınmaz hücum nəticəsində düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyaraq qaçırdılar. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır.
Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir. Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Cavid Nuriyev – Vətən müharibəsi iştirakçısı

AXCP-Müsavat tandemi şəxsi ambisiyaları naminə dövlətin maraqlarını satan qüvvələrdir

1991-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi. Müstəqilliyin ilk illərində dövlət idarəçiliyində səriştəsiz insanların gəlməsi daxildə özünü siyasi qüvvə hesab edən Xalq Cəbhəsi partiyası və onun yandaşları hakimiyyətlə razılaşmayaraq qanunsuz silahlı dəstələr yaradaraq hakimiyyət uğrunda mübarizəyə başladılar. Xarici təhlükənin olmasına baxmayaraq daxildəki yarıtmaz hakimiyyət və pozucu qüvvələr olan olan AXC-Müsavat cütlüyü birləşərək 1992-ci ilin mayında Şuşa şəhərini və Laçın rayonunu düşmən qarşısında müdafiəsiz qoyaraq paytaxt Bakı şəhərində kreslo uğrunda mübarizə aparırdılar. Bu gün populist çıxışları ilə cəmiyyəti çaşdırmağa çalışan AXC-Müsavat cütlüyü hakimiyyət sevdaları uğruna Şuşa və Laçın kimi cənnət guşələrimizi düşmənə verdilər. 1992-ci ilin mayında hakimiyyəti zor gücü ilə zəbt edən AXC-Müsavat cütlüyü erməni işğalçılarına şərait yaratdılar ki, torpaqlarımızı işğal etsinlər. Onlar əhalimizi tarixin yaddaşlardan silinməyəcək əzablara düçar edərək məcburi köçkün həyatı yaşatdılar. Yaşadığımız tarixin müxtəlif dövrlərində xüsusən də, 2003-2005-ci illərdə özlərini haqq-ədalət carçısı kimi göstərməyə çalışan bu pozucu qüvvələr Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun uğurlu hərbi əməliyyatı nəticəsində Azərbaycan Xalqına bəxş etdiyi Zəfərlə birdəfəlik tarixin arxivinə göndərildilər.

Abbas Nağıyev – Dəli Quşçu kənd sakini, ağsaqqal

Şanlı qələbə Azərbaycanın qüdrətinin göstəricisidir

Yalnız milli birlik və vətəndaş həmrəyliyi, ictimai-siyasi sabitlik şəraitində böyük qələbələrə imza atmaq mümkündür. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır!” şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.
Azərbaycan bütün dünyaya göstərdi ki, işğal altında olan torpaqlarını öz gücü ilə, qüdrəti ilə azad etməyə qadirdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ölkə Prezidentinin düzgün qurduğu strategiya nəticəsində, ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində mümkün oldu.
Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.
Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq. Vətən müharibəsində xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, vahid amal uğrunda birləşdi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu.
Savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olacaq

Azərbaycan tarixində qürurverici, tarixi qələbələrimizi əks etdirən bir çox hadisələr var ki, bu gün də fəxr mənbəyimizdir. Qırx dörd günlük Vətən müharibəsindəki şanlı zəfərimizi əks etdirən Hərbi Qənimətlər Parkı müasir tariximizin bənzərsiz və fəxarət dolu səhifəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılan bu parkda döyüşlərdə əldə edilən hərbi texnikalar. Hərbi maşınlar, eləcə də 300-dən artıq hərbi eksponatlar nümayiş olunur. Qeyd etmək lazımdır ki, eksponatlar arasında məhv edilmiş hərbi texnikalarla yanaşı, saz vəziyyətdə olan hərbi texnikalar da mövcuddur.
Zəfər paradının ən yadddaqalan və rəmzi kompazisiyalarından biri olan Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir. Burada 5 m enində, 3-4 m dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi nümayiş olunur.
Bu park tarixə ərməğan, gələcək nəsillərə miras bir nümunədir. Bütün dünyaya isə bir görkdür. Görkdür ki, bu xalqa, bu torpağa göz dikənin gözü ovulacaq, papağı boş qalacaq. Hər zaman başları üzərində dəmir yumruğu hiss edəcəklər.
Qələbəmizdə əməyi olan, bu qürurlu hissləri bizə yaşatmaq üçün canını, qanını əsirgəməyən hər bir nəfərimizə sonsuz minnətdarıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Yaşasın Azərbaycan!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Şanlı Ordumuz!
Qarabağ Azərbaycandır!

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

Gələcək naminə tarixi həqiqətləri bilməli və saxta tarixin girovuna çevrilməməliyik

Heç vaxt başımıza gələnləri unutmamalıyıq. Erməni vandalları tərəfindən törədilmiş vəhşiliklər dəhşətlidir. Bütün şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb. Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar. Bütün dünya gördü ki, onların əsas ideoloji amili nə idi. Biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Vəhşilik, vandallıq edənləri unutmamalıyıq. Tarixi yaxşı öyrənməli və ondan dərs götürməliyik. Gələcək naminə tarixi həqiqətləri bilməli və saxta tarixin girovuna çevrilməməliyik. Bu tarix heç vaxt silinməməli, gələcək nəsillərə çatdırılmalıdır. Elə bunun üçün Hərbi Qənimətlər Parkına mütəmadi səfərlər təşkil olunmalıdır. Qələbəmizi büruzə verən bu şanlı tarix silinməməlidir!

Vəfa Bayramova – Həsən Bəy Zərdabi muzeyinin direktoru

Şanlı Ordumuz Azərbaycanın işğal olunmuş ərazilərini erməni qəsbkarlarından azad etdi

Xalqların dünyada nüfuzunu artıran yalnız onların maddi-mədəni sərvətləri deyil, həm də mütərəqqi ideyaları ilə tarixi proseslərə mühüm təsir göstərən şəxsiyyətləridir.
Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycanın inkişafına və möhkəmlənməsinə həsr edən lider kimi xalqımızın böyük rəğbətini qazanıb. Onun dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə müdrik liderə məxsus böyük uzaqgörənliklə yanaşması apardığı siyasətin əsas cəhətlərindən biridir.
Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində sistemli ordu quruculuğu prosesi yeni mərhələyə yüksəlib.
Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinin, zabit-əsgər heyətinin yüksək hərbi hazırlığa və vətənpərvərlik əhval-ruhiyyəsinə malik olmasının nəticələri özünü Vətən müharibəsində parlaq şəkildə göstərdi. Şanlı Ordumuz Azərbaycanın işğal olunmuş ərazilərini erməni qəsbkarlarından azad etdi. Sübut olundu ki, Azərbaycan müasir tələblərə tam cavab verən, yüksək mənəvi-psixoloji hazırlıqlı, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Silahlı Qüvvələrə malikdir.
Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq. Vətən müharibəsində xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, vahid amal uğrunda birləşdi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

Hərbi Qənimətlər Parkı Azərbaycanın şərəfli Qələbəsinin möhtəşəmliyini göstərir

Hərbi Qənimətlər Parkı öz planında, fakturasında və fəlsəfəsində ölkəmiz üçün bir ilkdir – mübarək işdir və dünyada da oxşarına çox rastlandığı deyilə bilməz. 30 illik işğaldan sonra əldə edilmiş tarixi qələbəni simgələyən, özü də “Ana harayı” abidəsinin yerləşdiyi Xocalı Parkının yanı başında – onunla eyni rayonda və ona paralel yerləşmiş bir unikal parkdan danışırıq. Azərbaycan Prezidentinin nəyi, nə vaxt, harada və necə etmək lazım olduğunu nə qədər səlis bildiyinin daha bir parlaq təcəssümüdür bu park.
Hərbi Qənimətlər Parkı qürur parkıdır, inam parkıdır, şəhidlərimizin ruhuna əbədi ehtiram parkıdır, yaralı qazilərmizə şəfa parkıdır, bütün döyüş iştirakçılarına minnətdarlıq parkıdır! Özəlliklə uşaq və gənclərimiz üçün çox önəmli bir ziyarət yeri yaranmışdır paytaxtımızda. Bir daha mübarək olsun və bir daha dövlətimizə, müzəffər Silahlı Qüvvələrimizə, Ali Baş Komandanımıza minnətdarıq! Bəli, Şanlı Qələbəmiz də, onu estetik baxımdan əla şəkildə simgələyən Hərbi Qənimətlər Parkı da Azərbaycanın qüdrətinin göstəricisidir! Hamımız əminik ki, Hərbi Qənimətlər Parkı paytaxtımızın ən çox ziyarət edilən məkanı olacaq.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

Torpaqlarımızın itkisi, xalqın faciələrlə üzləşməsinin səbəbi 1990-1993-cü illərdə səriştəsiz insanların hakimiyyəti zəbt etmələri idi

Müstəqilliyin ilk illərində faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir; Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində ölkədə xəyanət siyasətinə son qoyuldu. 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verəndən sonra AXC-Müsavat cütlüyü təşvişə və depressiyaya düşdü. Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Ulu Öndərə müraciət etdilər ki, onları Prezident Aparatının qarşısında asmasınlar. Azərbaycan xalqı bunlara cəmi bir il dözdü. Amma görün, bir il ərzində nə qədər böyük ziyan vurdular – torpaqlarımız əldən getdi, ordunu məhv etdilər, vətəndaş müharibəsinə start verdilər, qardaş qanını tökdülər. Azərbaycan xalqı bütün çətinliklərə sinə gərərək daim Ulu Öndərin yanında sipər almışdır. Onun sayəsində Azərbaycan bu gün dünya dövlətləri arasında öz sözünü demiş bir dövlətdir. Biz bu dövləti qorumağı özümüzə borc bilirik. Nə qədər ki, cənab Prezident İlham Əliyev hakimiyyətdədir, heç bir qüvvə dövlətimizə zərər verə bilməz!

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir