Ana Səhfə

Qar ən çox hara yağıb?

Qusar rayonunun Ləzə kəndinə yağan qarın hündürlüyü 28 santimetrə çatıb.

XəbərAl.az  AzərTac-a istinadən xəbər verir ki, qar Qusarla yanaşı Quba və Xızı rayonlarının dağ kəndlərinə də yağıb.

Qarın hündürlüyü Qubanın Xaltan kəndində 4, Qırızda 8, Xınalıqda 7 , Xızının Altıağac kəndində isə 2 santimetr təşkil edir.

Qar yağması ilə əlaqədar temperatur mənfi 6 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Ləzə kəndində qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir