Dünya

“Haikui” qasırğası Çini də vurdu

Sharing is caring!


“Haikui” tropik qasırğası bu gün səhər Çinin cənubundakı Quandun və şərqi Fujyen əyalətləri sahillərinə çatıb. Bu barədə Çin (ÇXR) Mərkəzi Meteorologiya Stansiyası məlumat yayıb.

Agentliyin saytında dərc olunan məlumatda bu rayonlarda küləyin maksimal gücünün saniyədə 20 metrə çatdığı barədə məlumat verilib. Yaxın günlərdə Quandun və Fujyen, onların yaxınlığında yerləşən Szyansi və Çjetszyan əyalətlərində, həmçinin Tayvan adasının qərb hissəsində leysan yağacağı gözlənilir.

Meteostansiyanın proqnozlarına görə, Şərqi və Cənubi Çinin bəzi ərazilərində 100-220 mm-ə qədər yağıntı düşəcək. Bununla bağlı yerli hakimiyyət orqanları orta (sarı) təhlükə səviyyəsi elan edib.

Tropik qasırğanın qərbə doğru irəliləyərək tədricən zəifləyəcəyi gözlənilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir