Ana Səhfə

Mehman Hüseynovun həbs müddəti başa çatdı, azadlığa çıxdı

Sharing is caring!

Bloqer Mehman Hüseynovun həbs müddəti başa çatıb.

XəbərAl.az-ın  məlumatına görə, M.Hüseynov həbs müddəti bitdiyi üçün martın 2-də azadlığa buraxılıb.

Qeyd edək ki, M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Paytaxt rayonlarından birinin polis rəisi M.Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə, ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunaraq cəzalandırılmasını istəmiş, dövlət ittihamçısı isə M.Hüseynovun 3 il müddətinə həbs edilməsini tələb etmişdi.

Məhkəmə qısa məşvərətdən sonra onun 2 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.