Ana Səhfə

“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

 

 

XəbərAl.az xəbər verir ki, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi növbəti uğuruna imza atıb. Belə ki, Mərkəz Baku Travel Turizm Şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıblar. Təşkil edilən tədbirdə Mərkəzin rəhbəri Təranə Məmmədova, şirkətin icraçı direktoru Əziz Şiriyev, “Loqos” un və şirkətin əməkdaşları iştirak ediblər. İlk əvvəl T.Məmmədova başlanan əməkdaşlığdan məmnun olduğunu bildirib və qeyd edib ki, bugün ölkəmizdə turizm sahəsində dövlət tərəfindən yüksək səviyyədə işlər görülür. Bütün bu işləri Mərkəzin gənclərinə təbliğ edilməsində yeni başalanan əməkdaşlıq müsbət töhvə verəcəkdir. Daha sonra çıxış edən şirkətin icraçı direktoru Əziz Şiriyev “Loqos” ilə başlanan yeni işlərə görə təşəkkürünü bildirib və qeyd edib ki, turizm elə bil sahədir ki, onu yaxşı mənada gənclərimizə təbliğ etməliyik. Məhz bugün imzalanan memorandumla birgə uğurlara imza atacağıq. Sonra hər iki tərəf memorandumu imzalayıblar və tərəflər imzalanmış sənəd əsasında birgə tədbirlər planının icrasına başlanılması barədə razılığa gəliblər. Sonda Baku Travel Turizm Şirkəti “Loqos” –a öz hədiyyəsini təqdim edib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir