AKTUAL

Vilayət Quliyevin qızı vəfat etdi

Sharing is caring!

Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin qızı Humay Quliyeva vəfat edib.

XəbərAl.az xəbər verir ki, Humay Quliyeva 13 mart şənbə günü dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik məlum deyil.

Humay Quliyeva BP, Dünya Bankı, “Financial Times”, Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edib və Azərbaycandan Amerikaya, Afrikaya qədər bir çox ölkədə misilsiz xidmətlər göstərib.

O, Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) aktiv iştirakçılarından biri idi.

Allah rəhmət eləsin!

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir