AKTUAL

Zəfər paradına Şuşaya sancılan bayrağı Pənahəli xanın nəslindən olan general-mayor gətirəcək

Sabahkı Zəfər paradında Şuşaya sancılan bayrağı meydana gətirəcək şəxsin kimliyi məlum olub.

Bunu paradın ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Modern.az-a müsahibəsi zamanı bildirib.

“Bayrağı meydana Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, möhtərəm Prezidentimizin sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülən, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoyan Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra ilk komendant Zaur Məmmədov gətirəcək”, – A.Qurbani qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir