Ölkə

Tarixi qələbənin tacı – Bakıda Zəfər paradı keçiriləcək

Sharing is caring!

Azərbaycanın 44 günlük haqq savaşı tarixi qələbə ilə başa çatıb.

Bu gün Vətən Müharibəsində əldə etdiyimiz zəfərə həsr olunmuş hərbi parad keçiriləcək.

Zəfər paradı Bakının Azadlıq Meydanında baş tutacaq. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də, hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradın izləyiciləri Vətən Müharibəsində müzəffər ordumuzun düşməni pərən-pərən salarkən ələ keçirdiyi hərbi qənimətlərin bir qismini görə biləcəklər.

Zəfər paradını Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvlərinin izləməsi gözlənilir.

Bununla əlaqədar olaraq dünən Türkiyə Prezidenti Azərbaycana gəlib.

Möhtəşəm Zəfər paradının ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olacaq.

Paradda maraqlı yeniliklər də gözlənilir. Belə ki, rəşadətli Azərbaycan ordusunun məhv etdiyi avtomobil, texnika nömrələrindən hazırlanmış nəhəng “Qarabağ Azərbaycandır” yazısı nümayiş etdiriləcək.

Azneft meydanına qədər hər kəs paradı izləyə biləcək.

Zəfər paradında Şuşaya sancılan bayrağı meydana hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, Prezidentin sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülən, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoyan Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra ilk komendant Zaur Məmmədov gətirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir