AKTUAL

İsfəndiyar Axundov ÇAĞIRIŞ ETDİ: “Bu adamlarla qanunlar çərçivəsində danışcağıq”

Sharing is caring!

Tanınmış iş adamı İsfəndiyar Axundov bəzi media qrumlarında inşaa etdiyi binalarla bağlı yaylılar məlumatlara aydınlıq gətirib.

Xəbəral.az – a açıqlamasında İsfəndiyar Axundov tikdiyi bütün binaların keyfiyyətinə cavabdeh olduğunu bildirib.

“Hətta FHN yaranmadan öncə inşa olunan binalarımızda normativlərdən artıq qaydada təhlükəsizliyin təmin edilməsini nəzərə almışıq. Hər kim buna şübhə edirsə, istənilən dövlət qurumları və mütəxəsisləri ilə bütün yaşayış və qeyri-yaşayış obyeklərimizə baxış keçirə bilərlər. Əgər birində belə uyğunsuzluq olarsa, bunun bədəlini ödəməyə hazıram. Yox əgər bunun əksini deyib sübüt edə bilməyən insanlar varsa, biz onlarla qanunlar çərcivəsində danışacığıq. Minlərlə insanın evinə çörək apardığı bir müəssəyə bu cür qara yaxmaq insanlqdan uzaq hərəkətdir.  Şirkətdə fəaliyyət göstərən tikinti üzrə mütəxəsislər, təcrübəli, peşəkar və elmi işlə məşğul olan insanlardır”, – deyə iş adamı vurğulayıb.

Onun sözlərinə görə, “Şərur” MTK-nın tidkiyi binalarla bağlı danışan əmlak ekspertlərinə də müraciət edib: 

“”Əmlak Ekspert Mərkəzi”nin direktoru  Ramil Osmanlı  adında bir şəxs bu yaxlnlarda baxıram, Televizyada “Şərur” MTK-nı müzakirə edir. Bunlara kim ixtiyar verib, hansı haqla,  hansi əsasla “Şərur” MTK-ya qara yaxırlar? Əllərində bir dəlil, sübut varmı?” 

İş adamı qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi kollegiyasının 04.12.2012 -ci il tarixli qərarına əsasən mənzillərin ümumi -yaşayış otaqları, köməkçi otaqların ( s\q, mətbəxt, dəhliz, yığınaq yeri) sahələrinin eləcə də balkon, lociya, terras şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. 

“Mənzillərin ümumi sahəsi hesablanarkən balkon  və terrasların sahələri – 0,3; şüşəbənd və lociyaların – 0,5; eyvanlar (verandalar) -1,0 azaltma əmsallarına vurularaq hesablanır. R.Osmanlının öz yaşadığı mənzilin kv.m-dən xəbəri varmı? Öncə şirkətimizə borcunu ödəsin, sonra çıxıb qarayaxma kampaniyası keçirsin. 

Bundan sonra bu cür səxlər şər və böhtan xarakterli məlumatlar yaydıqlarına görə qanun qarşısında cavab verməli olacaqlar”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir