İdman

Azərbaycanlı futbolçunun Kosovo klubu ilə müqaviləsinin DETALLARI

Sharing is caring!


Azərbaycanlı futbolçu Elvin Yunuszadənin Kosovo klubu “Fuşe Kosovo” ilə müqaviləsinin detalları müəyyənləşib.

31 yaşlı müdafiəçi “Report”a açıqlamasında yeni komandası ilə “6 ay + 1 il” formatında sözləşmə imzalayacağını bildirib.

Azərbaycan millisinin sabiq üzvü yayda Kosovo təmsilçisində qalıb-qalmayacağına özünün qərar verəcəyini söyləyib: “Müqaviləyə əsasən, mövsümün sonunda qalmaq istəsəm, bir illik sözləşmə qüvvəyə minəcək. Bu, mənim qərarımdan asılı olacaq”.

E.Yunuszadə yaxın günlərdə Kosovonun elita təmsilçisinə qoşulacağını bildirib: “Hazırda viza məsələsini həll etmək üçün İstanbuldayam. “Fuşe Kosovo” təlim-məşq toplanışı üçün 1-2 günə Antalyaya gəlməlidir. Çox güman ki, elə Türkiyədə kollektivə qoşulacağam. Komanda bura gəlməsə, o zaman mən Kosovoya gedəcəyəm”.

Qeyd edək ki, Elvin Yunuszadə cari mövsümün ilk yarısını I Liqa təmsilçisi “İrəvan”da keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir