AKTUAL

Xəzər rayonu icra başçısı Elşən Salahov yola salınır?

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Xəzər rayon icra hakimiyyətinin başçısi Elşən Salahovun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı gözlənilir.

Xəbəral.az-a verilən məlumata əsasən, əslində, prezident İlham Əliyevin bu haqda Novruz bayramından öncə sərəncam imzalayacağı gözlənilir.

Mənbə qeyd edir ki, bayramdan öncə işdən çıxarılacaq icra başçılarından biri Xəzər rayon icra başcısı Elşən Salahovdur.

Xəbəral.az bildirir ki, işdən çıxarılacaq bəzi icra başçıları haqqında hüquqi ölçü də götürülə bilər. Çünki onların da, yaxın günlərdə rayonlarda həbs olunan icra başçılarından geri qalmayan, çoxsaylı qanunsuzluqlar həyata keçirdiyi haqqında ölkə rəhbərliyində dəqiq bilgilər var. Son vaxtlar prezidentin bu cür məmurlara qarşı barışmaz mövqe sərgilədiyini nəzərə alsaq, hətta bəzi icra başçıları haqqında həbs qərarının gündəmə gəlməsi də istisna olunmur.

Qeyd edək ki, buna misal olaraq, bir neçə ay öncə Xəzər rayonu ərazisində şəhid bulağının sökulməsi sosial şəbəkədə ciddi narazılıq yaratmışdı.

Xatırladaq ki, ölkə televiziyalarına son müsahibəsi zamanı Prezident İlham Əliyev məmurlara xəbərdarlıq edərək, onları ləyaqətlə işləməyə dəvət edib. SİTAT – Məmur-vətəndaş təmasları da, yəni harada korrupsiya imkanları var, minimuma endirilməlidir. Bizim siyasi iradəmiz artıq hər kəsə bəllidir. Əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin – SİTATIN sonu.

Qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir