AKTUAL manset

Sumqayıt Dövlət Dram Teatrının aktyoru kömək istəyir-FOTO

Sharing is caring!

Füzuli rayonundan məcburi köçkün olan Sumqayıt Dövlət Dram Teatrının aktyoru Habil Xanlarov kömək istəyir.

1993-cü ildən Füzuli  rayonundan məcburi  köçkün olan, 2005-ci ildən bu günə kimi Sumqayıt Dövlət Dram teatrında  aktyor  işləyən,100-dən çox tamaşalarda baş rolu canlandıran Habil Tehran oğlu Xanlarov Azərbaycanda ona qarşı  olunan haqsızlıqlardan artıq cana doyubdur.

Ümid Televiziyasına müraciət  edən  aktyor  bildirir ki, Füzuli rayonundan məcburi  köçkün kimi Sumqayıt  şəhəri  6-cı mikrayon, 27 saylı orta  məktəbin həyətində  istismar müddətini çoxdan başa vurmuş,  sözügedən məktəbin yardımçı binasının rütubətsiz bir otağında 7 nəfər ailə üzvi ilə  bu günə kimi yaşayır.

Bu cür şəraitsiz  yerdə  yaşayan Habil Xanlarov  qeyd edir ki, “Qış aylarında  yağan yağış suları otağa dolur. Otağın döşəməsində çürümə, divarlarında çatlar  əmələ gəlib.Ailəm təhlükə  altında yaşayır.Bu cür rütubətli, dar bir otaqda yaşamaqdan  xəstəlik tapmışıq ”.

Dövlət başçısının sərəncamına əsasən qaçqın və məcburi  köçünlərin şəraitinin yaxşılaşdırılması  üçün tikintisi  nəzərdə tutulmuş  fərdi  yaşayış  evlərində  onun  adı da siyahıya salınsa da,  evlər hazır  olan zaman  evlə  təmin edilməyib.Ona  söz verən  adamlar sözlərinin üstündə  durmayaraq, bildiriblər ki,  bizdən əlini üz, bizlik deyil.
Əlacsız qalan  aktyor 2019-cu ilin iyununda Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər komissiyasına müraciət edib.Komitədən aktyora bildirilib ki, qeydiyyatı doğulduğu  Füzuli rayonun işğaldan azad olunmuş Babi kəndində olduğu üçün adında əgər ev  və yaşayış sahəsi varsa Sumqayıt  şəhərində qaçqın və məcburi  köçünlər üçün inşa edilmiş evlərdə mənzillə  təmin edilə  bilməz.

Haqqını tələb etməyə çalışan aktyor  adında  heç  bir mülkün olmadığını təsdiq edən sənədi 01.10.2018-ci il tarixində Füzuli  Rayon İcra  hakimiyyətindən əldə edərək, yenidən Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Sumqayıt  şəhər komissiyasına müraciət edib. Komissiyadan bildirilib ki, həqiqətəndə onun adında  ev və həyətyanı sahəsi olmadığı üçün Sumqayıt şəhərində Qaçqınlar və Məcburi Köçkünlər üçün  inşa edilmiş evlərdə mənzillə təmin olunaraq məskunlaşmalıdır.
Aktyor bildirir ki, növbəti müraciətindən bu günə  kimi ev problemi hələ də  müsbət həllini  tapmayıb.Ümidini Sumqayıt  şəhərinin  70 illik  yubileyinə bağlasa da, baş tutan yubileydə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi və Sumqayıt şəhər icra  hakimiyyəti tərəfindən aktyorun mənzil problemi  həll olunmayıb.

Aktyor Habil Xanlarov Dövlət Başçısına, Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban Əliyevaya məktub ünvanlasa da müəyyən qurumlar tərəfindən aktyoru səsinə hələ  də səs  verən  yoxdur.

Bu  bir  həqiqətdir ki, dövlət  başçısının  mədəniyyət və incəsənət xadimlərinə, teatrlara göstərdiyi diqqət və qayğı hər zaman  göz önündə olubdur. Buna sübut olaraq  onu qeyd etmək olar ki, bu il martın 1-də Mədəniyyət  və  İncəsənət  xadimlərinin bir qrup ilə  görüşü  zamanı  prezident İlham Əliyev Mədəniyyət  və  İncəsənət  xadimlərinin əmək haqlarının  artırılması və mənzil şəraiti  olmayan şəxslərin mənzillə təmin edilməsi ilə  bağlı  müəyyən qurumlara  öz  göstəriş  və tapşırığını vermişdir. Buna baxmayaraq bu problemlər hələ də öz müsbət həllini  tapmayıbdır.
İnanırıq ki, Füzuli  rayonundan məcburi  köçkün olan  aktyor Habil  Xanlarovun mənzil  problemi tezliklə  öz müsbət həllini  tapacaq.Unutmayaq ki, hər bir  dövlət  məmurunun qarşısında duran əsas  vəzifə  borcu xalqa  xidmət  etməkdir.
XəbərAl.az  olaraq qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.Mövzuya yenidən qayıdacağıq.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir