AKTUAL Manşetüstü

Fuad Qəhrəmanlının məhkəməsinin vaxtı – Açıqlandı

Sharing is caring!

Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Qəhrəmanlının (Zümrüd Yağmur) boşanma ilə bağlı iddia ərizəsi üzrə növbəti məhkəmə iclasının vaxtı açıqlanıb.

Abşeron rayon Məhkəməsindən XəbərAl.az-a bildirlib ki, məhkəmə baxışı oktyabrın 10-na təyin olunub.

İşə hakim Elman Məmmədovun sədrliyi ilə baxılacaq.

Məlumata görə, sentyabrın 26-da cavabdeh Fuad Qəhrəmanlı və onun vəkili prosesdə uiştirak etməyib. Bu səbəbdən proses həmin gün baş tutmayıb və məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Həmin gün prosesdə iddiaçı Zümrüd Qəhrəmanlı iştirak etməsə də, onun vəkili Zibeydə Sadıqova məhkəməyə gəlib.

Qeyd edək ki, Zümrüd Qəhrəmanlı iddia ərizəsində nikahın pozulması, alimentin təyin edilməsi və yetkinlik yaşına çatmayan uşağının ona verilməsini tələb edib.

O, iddia ərizəsini bu ilin avqustun 1-də Abşeron rayon Məhkəməsinə təqdim edib.