Siyasət

Ermənistan reallıqla barışdı: Hakimiyyət əhalinin sakit həyatını təmin edəcək – VİDEO

Sharing is caring!

Brüssel görüşündə əldə olunan razılaşmalara əsasən, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinə noyabrın sonunadək Azərbaycanla imzalanacaq sülh müqaviləsinin mətn hissəsi ilə bağlı işlərin sürətləndirilməsini tapşırıb.

Görünür, hər tərəfdən dalana dirənən və məngənədə qalan erməni siyasi elitasının artıq Bakının yaratdığı reallığı qəbul etməkdən başqa çarəsi qalmayıb.

Politoloq Samir Hümbətov məsələ ilə bağlı qeyd edib ki, Azərbaycan tərəfindən irəli sürülən şərtlər tam həyata keçirilməlidir ki, bu həm bölgədə gələcək dayanıqlı sülhün təmin edilməsi, həm də iqtisadi inkişafın formalaşdırılması üçün şərait yaratsın.

Ermənistan hər zaman qərarları müstəqil deyil, sığınacağı və son ümid yeri Rusiyanın diqtəsi ilə verib. Lakin Prezident Vladimir Putinin VII Şərqi İqtisadi Forumunda Bakının İrəvandan daha əlverişli olduğu mesajını verməsi, görünür, ermənilərin bütün ümidlərini tükədib və onlara reallığı qəbul etməkdən başqa seçim qoymayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Brüsseldə Paşinyana Azərbaycanın 5 şərtini təqdim etdiyini, qarşı tərəfin də bunları qəbul etdiyini bildirmişdi. İrəvanda da artıq başa düşürlər ki, bu, ermənilərə verilmiş son şansdır və onu əldən vermək olmaz. Həmin şansdan istifadə etməklə Ermənistan hakimiyyəti əhalisinin sakit həyatını təmin edəcək, ağır iqtisadi böhrandan xilas edəcək.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir