Xəzər rayonu, Mərdəkan-Buzovna yolu üzərində yerləşən ərazidə başlayan yanğınla bağlı təfərrüat bəlli olub.
FHN-in mətbuat xidmətinin məlumatına görə, yanğına səbəb ərazidəki quru ot sahəsinin alışması olub.
Yanğın FHN-in yanğından mühafizə qüvvələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
15:10
Bakıda yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, Xəzər rayonu, Mərkədan-Buzovna yolu üzərində yerləşən ərazidə başlayan yanğının görüntüləri sosial şəbəkədə yayılıb.
Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı ilkin məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.
Xeberal.az