Cəmiyyət

ASCO Transxəzər marşrutu ilə növbəti dəfə Hövsan limanına yük çatdırıb – VİDEO

Sharing is caring!

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu xətt ilə növbəti dəfə yük çatdırıb.

ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” quru yük gəmisi Qazaxıstanın Aktau limanından çıxaraq bu gün Hövsan limanına yan alıb.

Məlumata görə, gəmidə 98 ədəd 40 və 20 futluq konteynerlərdə qarışıq yüklər olub.

Hövsan limanının dispetçeri Vadim Seyidov bildirib ki, konteynerlər terminalın 6-cı körpüsündə boşaldılıb.

Qeyd edək ki, yüklər Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən yola düşüb, buradan Gürcüstanın Poti limanına yola salınacaq, sonra isə Qara dəniz vasitəsilə Avropaya çatdırılacaq.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir