Kriminal

40-dan çox qolbağı gömrükdən keçirmək istədi

Sharing is caring!

Gümüşdən hazırlanmış zərgərlik məmulatlarının gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Belə ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkə ərazisinə daxil olan yük nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual edilib. Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı isə nəqliyyat vasitəsinin qoşqusunun ərzaq üçün nəzərdə tutulan sandıqçasında gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən gümüşdən hazırlanmış 12 ədəd təsbeh, 3 ədəd üzük, 47 ədəd qolbaq, 35 ədəd boyunbağı aşkar olunub.

Aşkar edilən predmetlərin qablaşdırma ilə birlikdə çəkisi 1400 qram təşkil edib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir