Abşeron rayonunda “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üvzləri ilə görüş keçirilmişdir. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova, Sumqayıt şəhərinin, Abşeron, Siyəzən və Xızı rayonlarının polis idarələrinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun əməkdaşları, bələdiyyə sədrləri və icra nümayəndələri iştirak etmişdir.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının öz fəaliyyətlərini həyata keçirən zamanı “Məişət zorakılğının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanununun tələblərini rəhbər tutaraq məişət zorakılığı qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi, zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi, eləcə də baş vermiş zorakılıq halları ilə əlaqədar müvafiq tədbirlərinin vacibliyini bildirmişdir.Görüşdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun icrasında rayon icra hakimiyyətlərinin qarşısında qoyulmuş vəzifələr və bununla bağlı rayonda görülmüş işlər barədə ətraflı məlumat vermiş, eyni zamanda, məişət zəminində baş verən zorakılıq hallarının hər bir insanı narahat etdiyini vurğulamışdır.Sonra çıxış edən monitorinq qruplarının üvzləri yerlərdə baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə danışmışlar.Daha sonra məişət zorakılığının qarşısının alınması zamanı qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə edilmişdir.
Oxşar Xəbərlər
Quba sakini qonşusunu bıçaqlayıb
Quba rayonunda qonşular arasında bıçaqlanma olub. “Report”un xəbərinə görə, hadisə rayonun Mirzəqışlaq kəndində qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü Paşayev Bəhruz Sadıq oğlu qonşusu ilə mübahisə zamanı bıçaq xəsarəti alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Qışda immuniteti necə gücləndirmək olar? – VİDEO
Hava şəraitinin kəskin dəyişməsi nəticəsində xəstəxanalarda sıxlıq müşahidə olunur. Bir çox respirator xəstəliklərlə həkimlərə müraciət edənlərin sayı isə gündən-günə artır. Terapevtlər bu kimi halların qarşısının alınmasında sağlam qidalanma və yuxu rejiminə əməl etməyin vacibliyini vurğulayıb. Ətraflı İTV-nin süjetində: Xeberal.az
Azərbaycanda daha 11 nəfər koronavirusa yoluxub, ölən olmayıb – FOTO
Azərbaycanda koronavirus infeksiyasına 11 yeni yoluxma halı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb. İndiyədək ümumilikdə 792 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb. Onlardan 782 839 nəfər müalicə olunaraq sağalıb, […]