Dünya

Etirazçılar Paşinyanın qızına bahalı restoranda rast gəldilər: “Məryəmə və onun atasına…” – VİDEO

Sharing is caring!

Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Məryəm ötən gün ölkədəki dəbdəbəli restoranlardan birində görüntülənib.

Baş nazirin qızının restoranda peyda olması ölkədəki etirazçıların da gözlərindən yayınmayıb.

Sosial şəbəkənin erməni seqmentində yer alan məlumatlarda deyildiyi kimi, restoranın ətrafında toplanan bir qrup müxalif fəal “Məryəmə və onun atasına erməni xalqı adından salam deyib”.

Həmçinin etirazçılar “türklərsiz Ermənistan!” şüarı da səsləndiriblər.

N.Paşinyanın qızı Məryəm isə bütün bunlara məhəl qoymayaraq, sakit tərzdə restoranda əyləşməyə davam edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir