Siyasət

Latviya XİN Azərbaycan və Ermənistan birgə bəyanatını alqışlayıb – FOTO

Sharing is caring!


“Azərbaycan və Ermənistanın birgə bəyanatı bu ölkələrin münasibətləri normallaşdırmaq niyyətini təsdiq edir”.

Bu barədə Latviyanın xarici işlər naziri Krişjanis Karinş özünü “X” hesabında yazıb.

“Azərbaycan və Ermənistanın birgə bəyanatı bütün region və onun hüdudlarından kənarda etimad və sülhə doğru atılmış vacib addımdır. Bu, Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq və sülh müqaviləsinə nail olmaq niyyətini bir daha təsdiq edir”, – Latviya XİN başçısı qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir