Gündəm

Mübariz Mənsimov şousu

Sharing is caring!

Bu meydan şou meydanı deyil!

Neçə gündür istəyirəm nəsə yazım, dedim deyəcəksiniz, gündəmə görə, hərəkət edir.
Bir dəfə Mübariz Mənsimovu öz səhifəm də tənqid etmişdim, adamın trolları şikayətlə səhifəmi blokladılar.Bərpa etdirə bilmədim.Özüdə elə pis söyüşlər ilə rəylər yazırlar ki, elə bil bunların anasına söymüsən. Bəlkə də olunan tənqidlər heç Mübariz üçün önəmli deyil.
Bildiyiniz kimi insanları məşhur edənlər savadsız kütlə olur.Savadlı kütlə hər zaman kənardan baxar, şou onlar üçün maraqlı olmaz.
Mübariz Mənsimov isə hər zaman publikaya işləməyi bacarıb.Yani insanları ələ ala bilir.
İstər xaricdə yaşayan, istərsə burda, Azərbaycanlı elə oğullar var ki, şəhid ailələrinə, qazilərimizə, kasıblara köməkliklər göstərir, amma heç vaxtı istəməzlər adları hallansın.
Yani 5 manat yaxşılıq edib, 10 manatlıq reklam etməzlər.
Heç bir dəfə eşitmisiniz ki, Mübariz Mənsimov hansısa bir tanınmayan adama köməklik göstərsin? Heç görmüsünüz ki, Mübariz Mənsimov etdiyi bir işi çəkdirib paylaşdırmasın?
Bir sözlə adam şou göstərməyi bacarır.
Qaldı ki, Mübarizin lotu Quli haqqında dediklərinə, mən bu haqda heç bir söz deyə bilmərəm.Ona görə ki, oğru aləmindən başım çıxmaz.
Amma Heydər Əliyev haqqında dediyi yaxşı sözlər alqışlanasıdır.Bunu əvvəldən demək lazım idi.
Tək onu deyə bilərəm ki, Mübariz Mənsimov nə edəcəyini heç özüdə bilmir.

Hər kimdir, hər nədirsə yenə Azərbaycanlımızdır.
Allah köməyi olsun.

Hazırladı: Mirismayıl Xələfli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir