8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi hadisəsi hər birimizi sarsıdıb. Bu dəhşətli olayın cəmiyyətdə, xüsusən də sosial şəbəkələrdə müzakirəyə çıxarılması təbii qarşılansa da, istintaq prosesi getdiyi ərəfədə məsələyə hüquqi qiymət verilməmiş bizlərin konkret ittihamlarla çıxış etməyimiz xüsusən mərhumun ailəsinə növbəti ağır zərbə olar, bununla yanaşı, təhsil ictimaiyyətinə qarşı da xoşagəlməz münasibətin formalaşmasına yol açar. Bu fikirləri “Loqos” Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq Təranə Məmmədova mətbuata açıqlamasında bildirib. Psixoloq qeyd edib ki, dövlətin gənclər siyasətinə uyğun olaraq, ölkədə gənclər və yeniyetmələr hər zaman diqqət mərkəzindədirlər. Onların yüksək səviyyədə təhsil almaları, sağlamlıqları, asudə vaxtdan düzgün yararalanmaları, vətəndaş kimi formalaşmaları dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Yeniyetmə və gənclər arasında intihar hallarının hər bir ölkədə baş verdiyinə diqqət çəkən psixoloq T.Məmmədovanın sözlərinə görə, bu kateqoriyadan olanlarla işin düzgün qurulması bütün cəmiyyətin üzərinə düşən məsuliyyətdir: “evdə valideyin, təhsil ocağında müəllim, ictimaiyyət arasında əhatəsində olduğu insanlar xüsusən məktəblilərə diqqət, qayğı, sevgi ilə yanaşmalıdırlar”. Yeniyetməlik dövrü ən həssas bir dövrdür. Bu zaman hər bir yeniyetmənin həyatında, orqanizmində fizioloji, hormonal, psixoloji inkişaf və dəyişikliklər baş verir. Valideyin-məktəb əlaqələri bu dövrdə daha güclü olmalıdır.
Oxşar Xəbərlər
Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində plenar iclasda iştirak edir – CANLI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münhendə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda iştirak edir. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edir. Xeberal.az
Türk dövlətlərinin diaspor gəncləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər – FOTO
Türk dövlətlərinin diaspor gəncləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. “Report” xəbər verir ki, diaspor gəncləri ulu öndərin məzarını ziyarət edərək abidə qarşısına əklil və gül dəstələri qoyublar. Fəxri xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub. Daha sonra Şəhidlər xiyabanı ziyarət olunaraq şəhidlərin məzarı qarşısına gül dəstələri düzülüb […]
Deputat Aliment Fondunun yaradılmasına qarşıdır: Uşağına pul verməyən ata dövlətə verəcək?
“Mən Aliment Fondunun yaradılmasına qarşıyam”. APA xəbər verir ki, bu fikirləri deputat Aqiyə Naxçıvanlı parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib. “Əgər ata öz uşağının pulunu vermirsə, dövlətə pul verəcək?! Biz elə qanun və qaydalar yaradıb atanı məcbur etməliyik ki, uşağının pulunu versin. Alimenti niyə dövlətin boynuna qoymalıyıq?! Uşaqlar üçün […]