8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi hadisəsi hər birimizi sarsıdıb. Bu dəhşətli olayın cəmiyyətdə, xüsusən də sosial şəbəkələrdə müzakirəyə çıxarılması təbii qarşılansa da, istintaq prosesi getdiyi ərəfədə məsələyə hüquqi qiymət verilməmiş bizlərin konkret ittihamlarla çıxış etməyimiz xüsusən mərhumun ailəsinə növbəti ağır zərbə olar, bununla yanaşı, təhsil ictimaiyyətinə qarşı da xoşagəlməz münasibətin formalaşmasına yol açar. Bu fikirləri “Loqos” Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq Təranə Məmmədova mətbuata açıqlamasında bildirib. Psixoloq qeyd edib ki, dövlətin gənclər siyasətinə uyğun olaraq, ölkədə gənclər və yeniyetmələr hər zaman diqqət mərkəzindədirlər. Onların yüksək səviyyədə təhsil almaları, sağlamlıqları, asudə vaxtdan düzgün yararalanmaları, vətəndaş kimi formalaşmaları dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Yeniyetmə və gənclər arasında intihar hallarının hər bir ölkədə baş verdiyinə diqqət çəkən psixoloq T.Məmmədovanın sözlərinə görə, bu kateqoriyadan olanlarla işin düzgün qurulması bütün cəmiyyətin üzərinə düşən məsuliyyətdir: “evdə valideyin, təhsil ocağında müəllim, ictimaiyyət arasında əhatəsində olduğu insanlar xüsusən məktəblilərə diqqət, qayğı, sevgi ilə yanaşmalıdırlar”. Yeniyetməlik dövrü ən həssas bir dövrdür. Bu zaman hər bir yeniyetmənin həyatında, orqanizmində fizioloji, hormonal, psixoloji inkişaf və dəyişikliklər baş verir. Valideyin-məktəb əlaqələri bu dövrdə daha güclü olmalıdır.
Oxşar Xəbərlər
İlham Əliyev: “Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq”
“Bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar 3 trilyon kubmetr civarındadır”. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edən zaman deyib. Dövlət başçısı bildirib ki, buna görə də Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq: “Bu gün […]
“Qaz pulu” borcu olanlara xəbərdarlıq – SMS gələcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin yeni quraşdıracağı mexaniki sayğaclar vahid mərkəzdən idarə olunacaq. XəbərAl.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş direktoru Ruslan Əliyev deyib. Onun sözlərinə görə, qaz borcunu 1 ay müddətində ödəməyən abunəçilərə “mavi yanacaq” verilişi avtomatik dayandırılacaq. “Abunəçilərə qaz borcu ilə bağlı SMS (bildiriş) gələcək. Bundan sonra 1 […]
Nəsimi rayonunda vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciərtlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Nəsimi rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılr. […]