Abşeron rayonunda dəm qazı faciəyə səbəb olub. APA xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb. 1960-cı il təvəllüdlü Yusifov Siyasət Mirzə oğlu və 1963-cü il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu kirayə qaldıqları evdə boğularaq ölüblər. Hələlik adı və soyadı bilinməyən üçüncü şəxs isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, hər üç […]
Bakıda 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkələrimiz arasında mövcud dostluq və […]
Bu ilin yanvar-noyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 41 milyard 302 milyon 300 min manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3% azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında xəbər verilib. Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 38 milyard 732 milyon 200 min manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da […]