Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Meyniman kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən beş nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların Abşeron rayon sakinləri O.Nağıyev və T.Nağıyev, Bakı şəhər sakinləri O.Mirzəyev […]
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub. ANAMA-dan verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik […]
“Qarabağ”ın 2021/2022 mövsümündə avrokuboklardan əldə etdiyi gəlir bəlli olub. UEFA-nın hesabatından verilən məlumata görə, Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsindəki çıxışına görə ümumilikdə 6 524 000 avro vəsait qazanıb. Bunun 2 940 000 avrosu iştirak haqqı kimi “köhlən atlar”ın hesabına köçürülüb. Bundan başqa, “Qarabağ”a qrupdakı performansına görə 2 344 000 avro, əmsala görə 935 000 […]